loading...

Bürcə görə necə ata olacaq?

whatsappda paylaş Whatsapp-la göndər
Bürcə görə necə ata olacaq?
Qoç ata 21 Mart-20 Aprel
Qoçlar hökm etmə xasiyyəti sayəsində irəlidəki yaşlarında uşaqlarının həyatına çox müdaxilə etsələr də əyləndirici atalardır. Uşaqlarıyla dost kimi gəzib əylənməyi sevər. Körpəniz üçün istəyə biləcəyiniz müşfiq, qürurlu ata qoçdur.

Buğa bürcü ata 21 Aprel-21 May
Buğa bürcü kişiləri böyük ehtimalla oğlan sahibi olmaq istəyəcək. Amma qız uşaqlarını da xüsusi bir şəfqətlə qoruyaraq sevəcək. Onlar sevimli, simpatik və səbirli atalardır. Uşaqları üçün rahat bir gələcək hazırlamaq istəyəcəklər. Yalnız fədakarlıqla qalmayıb, zamanını, sevgisini və diqqətini də uşaqlarına həsr edəcək, amma yenə də möhkəm intizam tətbiq tərzindən əl çəkməyəcək.

Əkizlər bürcü ata 22 May-21 İyun
İntizamçı bir ata deyil, amma uşaqlarla arası yaxşıdır. Təzyiq göstərmədən yoldaş və sirrdaş olmağı bilən bir atadır. Özü təkrarlanan bir həyatdan xoşlanmadığı üçün uşaqları ilə əlaqələri də əyləncəli və şəndir. Bir gün tənqid etdiyi bir vəziyyəti başqa bir gün qəbul edə bilər. Bəlkə bu təzadlar uşaqların başını qarışdıracaq, amma cəza tətbiqi sevməyən, əyləncəni, macəranı sevən bu ata uşaqların xoşuna gələcək. Təbiidir ki, bəzən verdiyi sözləri dəyişən xarakterinə görə xatırlamayacaq. Bu da verdiyi sözləri tutmamasına səbəb olacaq. Uşaqlar fəaliyyətlərinə maneə olmaz, ayağına dolaşmasalar, bu onu daha məmnun edəcək. Şüurlu bir şəkildə cəhd göstərib uşaqlara sevgisini göstərməyə diqqət etməli, yoxsa tipik əkizlər soyuqluğu uşaqları sevildiklərini düşünməkdən saxlayacaq.

Xərçəng bürcü ata 22 İyun-23 İyul
Səbirlərinə görə mükəmməl ata olarlar. Uşaqlarının bütün problemləriylə yaxından maraqlanacaq. Xərçənglər sevdiklərinin özlərinə söykənmədən ayaq üstündə dayandıqlarını görəndə digər bürclərin əksinə kədərlənirlər. Çünki o dayaq olmaq istəyir. Onun uşaqlarının böyüdüyünü qavraya bilməsi çətindir, amma qeyri-mümkün deyil. Mükəmməl ata uşaqlarına qarşı çox həssas davranacaq, onlarla uşaqlıqlarını paylaşacaqdır.

Şir bürcü ata 24 İyul-23 Avqust
Şirlər geniş ailələri sevməzlər. Bu bürcdən olan kişilərin ya heç uşaqları yoxdur, ya da tək uşağı vardır. Xoş görünüşlü, mükəmməl atalardır. Tərbiyə mövzusunda uzun-uzun danışar və uşağı yola gətirmək üçün israrlı davrana bilər. Amma sonunda istədiyi hörməti əldə edər. Bəlkə uşaqlar atalarının özünü bəyənməsi, hər vaxt haqlı olması kimi xasiyyətlərindən nifrət edə bilər, amma şirin qüruru qırılmadığı müddətcə hər şey asanlıqla həll ediləcək.

Qız bürcü ata 24 Avqust-23 Sentyabr
Qız bürcü kişisi ata olmaq üçün heç vaxt dəli divanə olmaz. Kiçik bir ailələri olmasını istəyirlər. Uşaqları olanda uşaqlarına çox bağlı olarlar. Məsuliyyətlərinə laqeyd yanaşmaz. Ağıllı və mədəni bir ata olaraq uşaqlarının dərsləriylə təhsil həyatları ilə yaxından maraqlanarlar. Nizamlı və intizamlı uşaqlar yetişdirmək arzusundadırlar. Ehtimalla uşaqların daha kiçik yaşda bir kitabxanaları olacaq. Tənqidə meylli olması bəzən uşaqlara mənfi təsir edə bilər. Üstəlik qız bürcü sevgisini göstərməkdə də çox müvəffəqiyyətli deyil. Bunun üçün xüsusi bir səy sərf etməsi lazımdır.

Tərəzi bürcü ata 24 Sentyabr-22 Oktyabr
Sakit və ədalətli bir atadır. Uşaqlarınız da atalarının cazibədarlığına qapılacaqlar, mübahisələrə nifrət edəcəklər. Tərəzi kişisi dörd gözlə uşağı olmasını gözləməz. Amma uşaqları olduqdan sonra uşaqlarına dəli kimi bağlı bir ata olacaq. Amma bu sevgi heç bir zaman yoldaşına olan sevgisindən qabaqda ola bilməz. Tərəzilər üçün əvvəl sevdiyi qadın, sonra uşaqlar gəlir.

Əqrəb bürcü ata 23 Oktyabr-22 Noyabr
Sərt bir atadır, tənbəlliyi bağışlamaz. Uşaqlar sahib olduqlarının dəyərini bilmək məcburiyyətindədirlər. Hökümlü olması uşaqları tərəfindən xoş qarşılanmasa da, o uşaqlarını düşündüyü üçün belə davranmaqdadır. Uşaqları öz ayaqları üzərində dayanmağı öyrənəcəklər. Zarafatcıl ola bilər, amma əmr edən rəftarlarından imtina etməz. Əgər romantik uşaqları varsa, onlar üçün incidici bu vəziyyət uşaqların içlərinə qapanmalarına və psixoloji problemlərin olmasına səbəb ola bilər. Ona uşaqların vəziyyəti izah edilməli və hərəkətlərində daha yumşaq olması istənilməlidir.

Oxatan bürcü ata 23 Noyabr-22 dekabr
Oğlanlarına daha yaxınlıq hiss edərlər. Uşaqlar böyük ikən daha rahat ünsiyyət qurarlar. Daha çox da yoldaş olacaqdır, çöldəki azad həyatını onlarla paylaşacaq və tək qalmaq istədiklərində belə tək buraxmayacaq. Uşaqların sirrlərini maraqla araşdıracaqdır. Uşaqlar eşqbazlıq etdiyində əsəbiləşmək yerinə bu vəziyyət onları əyləndirəcəkdir.

Oğlaq bürcü ata 23 dekabr-20 Yanvar
O yaxşı bir atadır. Hörmət və itaət gözləyəcək, qarşılığında fədakar və dürüst olacaqdır. Onlar uşaqlarını ərköyünləşdirməz, lazım olanda cəzalandıra bilərlər. Uşaqların vəzifələrini edib-etmədiklərinə diqqət yetirəcək, amma onların fəaliyyətlərinə də icazə verəcək. Hətta oğlaqlar baba olduqlarında çox gənc görünmələri və hiss etmələri sayəsində nəvələriylə də yaxşı əlaqə içində olurlar. Uşaqlarının da özü kimi etibarlı olmasını istəyərlər.

Dolça bürcü ata 21 Yanvar -19 Fevral
Yaxşı bir dinləyicidir. Uşaqlarının problemləri nə qədər kiçik və xəyal məhsulu olursa-olsun, onlarla maraqlanacaqdır. Uşaqların riyaziyyat dərsləriylə başları bəlada olmayacaq ehtimalla çünki problemləri həll edəcək bir ataları olacaq.

Balıq bürcü ata 20 Fevral-20 Mart
Xəyalpərəst və nağılbaz bir ata uşaqların xoşuna gələcək. Üstəlik bu ata oyun oynamağı da çox sevir. Sakit və paylaşmağı bilən xasiyyəti onu uşaqlar üçün hər şeydən əvvəl yaxşı bir yoldaş edəcəkdir. Anaları cəzalandırmağa hazırlaşanda, o uşaqların dərdlərini dinləyib həll tapmağa hazırlaşacaq. Gəzintilər, mədəni fəaliyyətlər, idman, əylənmək üçün nə varsa uşaqları ilə birlikdə sınamaqdan qaçmayacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 102
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN