SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Boyadlamayan poğaça

whatsappda paylaş Whatsapp-la göndər
Boyadlamayan poğaça
Tərkibi :
1 ədəd yumurta
1/2 su stəkanı qatıq
1/2 su stəkanı zeytunyağı
3/4 su stəkanı ilıq süd
1/4 su stəkanı ilıq su
1/2 paket yaş maya (21 qram)
1/2 yemək qaşığı şəkər tozu
3,5 su stəkanı un
1/2 çay qaşığı duz

İçi üçün:
300 qram az yağlı ağ pendir
1/4 dəstə cəfəri

Hazırlanması :
İlıq su və südü böyük bir qarışdırma qabına alın. Yaş maya və şəkər tozunu qarışdırdıqdan sonra mayanın hazır olması üçün 10 dəqiqə qədər gözlədin.
Maya tamamilə eridikten sonra zeytun yağı, qatıq, yumurta və duzu qatın. Bütün vəsaitələri əlinizlə qarışdırın.
Ələnilmiş un və duzu az-az əlavə edib xəmiri hazır olana qədər yoğurmağa başlayın.
Yumşaq və yapışmayacaq bir bir xəmir əldə etdiyiniz zaman üzərini nəmli bir bezlə bağlayıb 50 dəqiqə qədər otaq istiliyində istirahət etdirin.
İçi üçün; cəfəri yarpaqlarını xırda doğrayın. Rəndələnilmiş az yağlı ağ pendirlə qarışdırın. Arzu etdiyiniz ədviyyatları əlavə edin.
Mayalanan xəmirdən yumurta böyüklüyündə parçalar qopartıb ovuc içində açın. Orta qisimlərinə hazırladığınız içlikdən bir çay qaşığı qədər qatıb yumrulamağla bağlayın.
Tavaya məsafəli olaraq düzdüyünüz xəmirlərin üzərinə günəbaxan yağıyla çırpılmış yumurta sarısı sürtün. Mayalandırmaq üçün 10-15 dəqiqə qədər gözlədin.
Əvvəldən isidilmiş 180 dərəcədə 25-30 dəqiqə bişirin. Sevdiklərinizlə birlikdə nuşcanlıqla yeyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 104
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN