SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəcəl uşaqla necə davranmaq lazımdır?

whatsappda paylaş Whatsapp-la göndər
Dəcəl uşaqla necə davranmaq lazımdır?
Uşağın hər hansı bir yalnış etdiyində ailənin səhvi bu hərəkətlərin ötəri olduğu düşünməsidir. Uşağın xarakterinin meydana gəlməsində ailənin çox böyük əhəmiyyəti var. Ailənin addımları səhv olduqda uşaqda istənməyən davranışlar biruzə verir.

“Dəcəllik” dediyimiz bəzi davranışlar, uşağın təcavüzkar olduğu davranışlardır. Qırıb tökmə, vurma, itələmə kimi davranışlar, uşağın çölə yönəltdiyi təcavüzkar hərəkəətləridir. Bir də ana, ata və uşaq arasında etibarsızlıq problemi uşağın təcavüzkar davranmasına yol aça bilər. Uşaq kiçikkən, ana və atayla etibarlı bir bağlanma yaşaya bilməmişdir, bu problem inkişaf dövrlərində böyüyür.

Uşağın dəcəllik etmə səbəblərindən biri ana və atadan birinin yanında olmaması və ya valideynlərdən biri evə davamlı gec gəlməsidi.

Valideynləri ayrı olan ailələrdə nənə kimi bəzi ailə üzvlərinin olmaması da uşaqların psixologiyasına mənfi təsir edə bilər. Uşaq özünü tək hiss edər və bu da ətrafa qarşı bir hücum olaraq ortaya çıxır. Ya da tam tərsi içəriyə qarşı hücum olaraq dırnaq yemə, barmaq əmmə kimi davranışlarla özünü göstərə bilir.

Xüsusilə boşanmış cütlərdə uşaq valideynlərindən birini daha az gördüyü üçün diqqəti cəlb etməyə çalışmaq üçün dəcəllik edir. Şiddət görən ailələrin uşaqlar dəcəllik etməyə daha meylli olur.

6 yaş uşaqlarla böyük bir yetkinmiş kimi danışma, şərh etmə şansınız var. Amma daha kiçikkən nə qədər açıq izah etsəniz izah edin, uşaqlar üçün bəzi şeylər çox mücərrəd qalar. Bu vəziyyətdə uşaqlara hekayələr izah etmək ünsiyyəti asanlaşdırar və daha tez anlamalarını təmin edər. Məsələn, dəcəllik edən uşaq mövzulu bir hekayə uydura bilərsiniz. Bu hekayənin nəticələrini də uşağa izah edib ona dəcəllik olaraq qəbul edilən davranışları etməməsi lazım olduğunu hekayə üzərindən çatdıra bilərsiniz. Heç bir zaman onun etdiyi davranışı birbaşa olaraq “sənin etdiyin bu davranış çox səhv” şəklində izah etməməlisiniz. Hekayədəki uşağın etdiklərinin nəticəsində xoşbəxt olmadığını göstərərək uşağınıza bilvasitə yoldan izah etmək daha yaxşıdır.

Uşaqların heç bir şeyi anlamadığını düşünmək səhvdir. Uşaqlar hər şeyi duyar və unutmazlar. Onlara hər şeyi dəqiq və sadə bir dillə izah etmək, başlarında sual işarəsi buraxmamaq lazımdır.

Bizim dəcəllik hesab etdiyimiz davranışlar əslində uşaqların yaşlarının gərəyi kimi davranmalarından qaynaqlanır. Onlar hər şeyi kəşf etməyə çalışır. Biz yetkinlərin dəcəllik deyə xarakterizə etdiyi davranışlar, uşaqların müəyyən yaş dövrləri üçün çox normal qəbul etmək lazımdır.

4-6 yaş arası uşaqlar ictimai qaydaları öyrənməyə, 6 yaşından sonra məktəbə başlayır. Bu dövrdə dəcəllik dediyimiz davranışların azalmış olması lazımdır. Əgər bu dövrdə azalmazsa, köməyə ehtiyac var. Uşaq dəcəlliyə davam edirsə, əslində ailədə problem var.

Uşağa heç bir zaman cəza tətbiq olunmaması lazımdır. Cəza təhsildə mənfi faktor olduğu üçün, cəzanın nəticələrinin də mənfi olar.

Valideynlərin “bunu etdiyin üçün bunu edə bilməyəcəksən” kimi uşağa etdiyi davranışın sonrasında bir cəza tətbiq olunacağı mesajı verməsi, müsbət bir nəticə yaratmaz. Əvvəlində uşağa etdiyinin istənməyən və pis davranışlar olduğu izah edilməlidir. Məsələn, uşaq bir şeyi qırdığında bunu etdiyi üçün çox sevdiyi proqramı izləyə bilməyəcəyini əvvəldən bilsə, seçkisini özü edəcək və proqramı izləmək istəyirsə bir şeyi qırmayacaq. Davranışı etdikdən sonra cəza vermək, heç bir şey əldə etmənizi təmin etməz.

Uşağın dəcəllik etməsinin arxasından psixoloji problemlər ola bilər. Uşaq pis münasibətdən sonra bir həzz axtarışına çıxar, əslində dəcəllik ilə diqqəti cəlb etsə də həzz duyğusunun əskik qala bilir. Bu da valideynlərdən birinin əskik olması, ya da ev içində bir şəkildə özünü yaxşı hiss etməməsindən qaynaqlana bilir.

4-6 yaşdan sonra uşağınızda dəcəllik əlamətləri davam edirsə, qətiliklə ekspertə müraciət etməlisiniz. Ekspert, əvvəl uşağınızla birlikdə sizi ailə olaraq dinləyəcək, sonra sizinlə valideynləri olaraq ayrıca işləyəcək, ən son yenə uşağınızla birlikdə sizi dinləyəcək və həll çıxarmağa çalışacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 146
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN