SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Saçlarınız elektriklənirsə

whatsappda paylaş Whatsapp-la göndər
Saçlarınız elektriklənirsə
Çox zaman qadınlar saçlarının fenlə deyil, öz-özünə qurumağını istəyirlər. Ancaq saçlar elektrikləndikdə nəticə tam ürəkaçan olmur. Bəs saçların quruyarkən elektriklənməməsi mümkündürmü? Əslində, bu, mümkündür.

>Şampunu keçin
>Şampunsız saçların təmiz olmayacağını düşünürsünüz? Saçları dünən şampunlamısınızsa, bu gün yenidən bunu etməyə ehtiyac varmı? Çox şampunlandıqda saçlardakı təbii yağ azalır və saçlar elektriklənir.
>
>Dəsmalla az qurulayın
>Saçları dəsmalla qurutmaq elektriklənmənin başlıca səbəblərindən biridir. Dəsmal istifadə etməkdə məqsəd saçlardakı suyu götürməkdir. Duşdan sonra saç tellərindəki suyu dəsmalla yüngülcə sıxaraq almaq kifayətdir.
>
>Fırça daraqla daramaq
>Söhbət elektriklənmədən gedirsə, saçları fırça daraqla daramaq bunun ən böyük düşməni ola bilər. Saçların dolaşmaması üçün hamamdan çıxdıqdan sonra düz daraqla daramalısınız.

>Krem sürtün
>Elektriklənmənin qarşısını almağın ən yaxşı yollarından biri də saç kremi istifadə etməkdir. Kremi saçlara dibdən uca masaj edərək tətbiq edin. Saçların yağlı və ağır görünməsini istəmirsinizsə, lazım olandan çox istifadə etməyin.
>
>Saç uclarına qulluq
>Quruma və qırılma saç uclarında başlayır. Buna görə saç uclarına əlavə diqqət göstərməlisiniz. Elektriklənmə əleyhinə məhsullar və ya hindqozu yağı kimi təbii məhsullar işinizə yaraya bilər. Bununla yanaşı, saç uclarındakı qırıqları aradan qaldırmaq üçün tez-tez kəsdirməlisiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 168
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN