SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Lohusa sindromu nədir? - Yeni ana olanların diqqətinə

whatsappda paylaş Whatsapp-la göndər
Lohusa sindromu nədir? - Yeni ana olanların diqqətinə
Doğuşdan dərhal sonra anaları bürüyən “lohusa sindromu” müalicə edilməzsə, ana südünün kəsilməsindən intihara kimi fərqli və istənməyən nəticələr doğura bilər. Üzüntü, boşluq duyğusu, qayğı, çox əsəbilik, ağlama böhranları, körpəni yetərincə sevə bilməmək, uşağa baxa bilməmək qayğısı ilə özünü göstərən “lohusa sindromu” birinci hamiləliklərdə daha çox görülür. Bir çox qadının ana olduqdan sonra ruh halında dəyişiliklər meydana gəldiyi, bunun normal və gözlənilən bir hal olduğu deyilir. Bir azca üzüntü və qayğının 7-10 gündən sonra özlüyündə keçdiyini deyən həkimlər bəzi qadınlarda daha ağır olan və “doğuş sonrası depresiyya”, “psixoz” adlandırılan rahatsızlıqlar olduğunu və “lohusa sindromu”nun ilk 6 həftə ərzində gizli irəlilədiyini bildirib. Bir neçə aya qədər düzələ bilən bu hal müalicə edilməzsə, 1-2 ilə qədər davam edə bilər. Şiddətli üzüntü, boşluq duyğusu, yerində dura bilməmək, əsəbili , sıxıntı, darıxmaq, özlüyündən səbəbsiz ağlamalar, çox yorğunluq, enerji əskikliyi görülür. Ailə, dostlar və əyləncələrdən uzaq durmaq kimi bəzi əlamətlər də zamanla ortaya çıxır. Bəzi analarda körpəsini yetərincə sevə bilməməsi, bəsləyə bilməməsi və yuxusuyla bağlı şikayətləri olur. Körpəyə zərər vermə qorxuları, iştahasızlıq, kilo itkisi, yuxusuzluq, günahkarlıq duyğusu, istək və diqqət itkisi kimi əlamətlər yaşanır. Hansı qadınlarda daha sıx rastlanır? Keçmişdə depresiyya kimi ruhi problemləri olan, evliliklə bağlı problemlər yaşayan, ailələrində ruhi xəstəlik daşıyıcısı olanlarda risk daha böyükdür. Nikahdan kənar uşaq dünyaya gətirən, istənməyən hamiləlik, ana olmağa hələ hazır olmayanlar, doğuş qorxusu bu sindroma səbəb olur. Yeniyetmə yaşında ana olan, istənməyən hamiləlik keçirən, maddi vəziyyəti aşağı olan qadınlarda da bu sindrom çox rastlanır. Bu sindroma yoluxan qadınlara həyat yoldaşı və ailə dəstəyi lazımlıdır. Uşağa baxma kimi qaydaları hamiləlik zamanı öyrənmək lazımdır. Onları narahat edən hər cür fiziki və psixoloji şikayətləri beyinlərində böyütməməlidirlər. Qohum, dost, qonşularla ünsiyyətdə olanlar bu sindromundan qurtula bilər. Körpə yatarkən o da yataraq, ailəsinə tapşırıb çimərək, darıxdığında bayıra çıxıb havasını dəyişərək rahatlamağa çalışmalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2574
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN