SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Alma keksi

whatsappda paylaş Whatsapp-la göndər
Alma keksi
Tərkibi:
4 ədəd alma
1/2 su stəkanı un
4 yemək qaşığı şəkər
1 yumurta
1 qəhvə fincanı süd
1 çay qaşığı vanil ekstresi
1 çay qaşığı qabartma tozu
Pudra şəkəri
Darçın

Hazırlanması:
Almalar yuyulur, sap qisimi oyulur və qabıqları ilə yarım santimetrlik halqalar halında doğranır. Un, şəkər, süd, yumurta, qabartma tozu və vanil qarışdırılıb hamar bir krem halına gələnə qədər əldə çırpılır.
Alma halqaları bu qarışığa batırılıb, yağlı kağız olan nimçəyə düzülür və 200°C sobada üzərləri qızarana qədər bişirilər. Soyuduqdan sonra üstlərinə pudra şəkəri və darçın qoyularaq servis edilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 146
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN