SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Sızanaqları yox edən GÜCLÜ VASİTƏ

whatsappda paylaş Whatsapp-la göndər
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

Tərkibi:
- 5 həb levomesitin
- 3 həb aspirin
- 50 ml tibbi spirt
- 50 ml borat turşusunun spirtli məhlulu (2%)

Hazırlanması:
Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kişik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.

Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara bu vasitədən istifadə etmək olmaz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 209
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN