Sağlam dişlər üçün 5 məsləhət

whatsappda paylaş Whatsapp-la göndər
Sağlam dişlər üçün 5 məsləhət
Sağlam dişlərə sahib olmaq lazımi prosedurlardan əlavə adi vasitələrlə də mümkündür. Həmin vasitələrə süd və süd məhsullarından istifadə, C vitamini əksikliyini tamamlamaq, quru üzüm və yaşıl çay istifadəsi, saqqız çeynəmək aiddir. İstəyə uyğun həmin məhsullardan gündəlik istifadə etmək olar.- Məlumata görə qida rasionlarında süd, qatıq, az yağlı pendirdən istifadə edənlərin diş sağlamlığı yaxşı olur. Ağız və diş sağlamlığının qorunmasında hər gün bir stəkan süd içmək diş problemlərini 40% azaldır.-Sağlam dişlərə sahib olmaq üçün C vitamini istifadəsi xüsusiəhəmiyyətə malikdir. C vitaminikallogen istehsalını artırdığından ağız içərisində sərbəst şəkildə gəzən radikallarla mübarizə aparır. Bubaxımdan C vitamini kimi zənginqidaların istifadəsi məsləhətdir.-Diş və diş əti sağlamlığında yaşıl çaydan istifadə faydalıdır. İnsan sağlamlığına faydalı hesab olunan yaşıl çay, içərisində olan karteksin maddəsi ilə ağız boşluğunda bakteriya inkişafını önləyir.-Gözəl bir təbəssüm və sağlam dişlər üçün quru üzüm xeyirli hesab olunur. Tərkibində antioksidant olan üzüm zərərli bakteriyaları öldürür, sağlam diş və diş ətinə sahib olmağı asanlaşdırır.-Saqqız çeynəmək diş sağlamlığına müsbət təsir edir. Bu ancaq şəkərsiz saqqız seçim edənlər üçün etibarlıdır. Şəkərsiz saqqız çeynəmə vərdişi ağız və diş əti sağlamlığı üçün olduqca faydalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 71
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN