loading...

Səhərlər yulaf yarması sıyığı yeməyin sağlamlıq üçün 7 faydası

whatsappda paylaş Whatsapp-la göndər
Səhərlər yulaf yarması sıyığı yeməyin sağlamlıq üçün 7 faydası
Diyetoqlar və həkimlərin ümumi fikrinə görə, ən faydalı səhər yeməyi yulaf yarması sıyığıdır.

Hər səhər 1 boşqab yulaf yarması sıyığını yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.

Bu sıyığı faydalı və müalicəvi xüsusiyyətləri arasında:
- qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun əmələ gəlməsinin qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insultun əsas səbəbi sayılır.

- stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir.

- tez toxluq hissi yaradır. Sübut olunub ki, səhər yeməyi zamanı yulaf yarması sıyığını yeyən insan nahar zamanı daha az yemək yeyir. Bu isə arıqlamağa kömək edir.

- mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, həzm prosesləri yaxşılaşdırır. Mədədə kiçik xoraların və eroziyaların sağalmasını sürətləndirir.

- saç, dırnaq və dərinin vəziyyətini yaxşılaşdırır.

- orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır metalların duzları və s.) təmizləyir.

- qəbizlik zamanı çox yaxşı kömək edir.

Suda bişirilmiş yulaf yarması daha faydalı sayılır. Sıyığa yağ, quru və ya təzə meyvələr, şəkər tozu, bal, ədviyyatları (darçın, vanil, sarıkök, zəncəfil) əlavə etmək yaxşıdır. Arıqlamaq istəyirsinizsə, sıyığa heç nə əlavə etməyin (ədviyyatları əlavə etmək olar).

Yulaf yarması yulaf yarması l
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 71
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN