SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üz formanıza uyğun gözəllik sirləri

whatsappda paylaş Whatsapp-la göndər
Üz formanıza uyğun gözəllik sirləri
Ənlik
Üz şəklinə görə verə biləcəyimiz ilk təklif ənlik üzərinə. Bütün üz tiplərində ənlik əvvəl almacıq sümüklərindən tətbiq olunmağa başlamalıdır. Oval üzlərdə, təbii bir görünüş əldə etmək üçün ənlik yalnız almacıq sümüklərinə çəkilməlidir. Uzun üzlərdə isə ənlik qulaqlara doğru yayılmalıdır. Kvadrat sifətlərdə ənlik gicgahlara doğru yayılmalıdır. Yumru üzlərdə isə ənlik buruna çox çox yaxınlaşmadan yanaqlara tətbiq olunmalıdır.

Qaş
Səhv qaş şəkli üzümüzdə faciəyə səbəb olacaq qədər əhəmiyyətlidir. Kvadrat üzlərdə qaşlar gur və qalın olmalı, uzun üzlərdə isə düz olmalıdır. Yumru üzlərdə qaşlarda yüngül qövs olmalıdır.

Dodaqlar
Dodaq məhsullarının üz şəklində əhəmiyyətli olmadığını düşünə bilərsiniz ancaq çox əhəmiyyətli. Yumru üzlərdə cəsur və iddialı rənglər istifadə edilə bilər. Uzun üzlərdə isə təbii rənglər istifadə edilməlidir. Kvadrat/kadr sifətlərdə yumşaq rənglər seçilməlidir çünki diqqəti yüzün alt qisiminə çəkər.

Vurğulayıcı
Üzünüzün müəyyən nöqtələrini ortaya çıxararaq daha gözəl bir görünüş əldə edə bilərsiniz. Ürək şəklində sifəti olanlar, ağız ətrafını vurğulamalı, yumru sifətlilər isə çənə bölgəsini önə çıxarmalıdır. Düzbucaqlı sifətlilərdə, gicgahlar və ağız ətrafı önə çıxarılmalıdır. Kvadrat sifətlilərdə isə vurğu gicgahlarda olmalıdır.

Diqqət
Üz şəklinə görə gözəllik təkliflərinin məqsədi, müəyyən bölgələrə diqqəti çəkməkdir. Makiyaj edərkən, haranı ön plana çıxarıb haranı bağlayacağınızı yaxşı bilməlisiniz. Yumru üzlü qadınlar gözlərini, doğru qaş şəkli ilə birlikdə önə çıxarmalı. Ürək sifətli qadınlar da gözlərini önə çıxarmalıdır. Oval ya da kvadrat üzlü qadınlar isə simmetrik xüsusiyyətləri olduğundan vurğunu mərkəzdə toplamalıdır.

Qaçılması lazım olanlar
Bütün makiyaj təkliflərində olduğu kimi, diqqəti bəzi nöqtələrdən uzaq tutmalısınız. Uzun sifətlərdə, bucaqlı bir təsir yaratmamaq üçün ənliyi almacıq sümüyü boyunca tətbiq edin. Yumru sifətlərdə ənlik qulaqlara doğru yayılmalıdır. Oval sifətlərdə isə
makiyaj balanslı olmalıdır və tək bir nöqtəyə mərkəz olmamalıdır.

İşə yarayanı tətbiq edin
Sizə yaraşan bir çox gözəllik təklifi var və makiyaj mövzusunda mükəmmələ çatmaq üçün bir az yoxlama-yanılma üsulunu tətbiq edə bilərsiniz. Bəlkə də üz şəkliniz tamamilə sizə xüsusi və bilinən üz şəkillərindən heç birinə aid deyil. Buna görə sizi xoşbəxt edən və yaraşdığını düşündüyünüz ipuclarını tətbiq edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 127
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN