loading...

Hüquqlarımız

whatsappda paylaş Whatsapp-la göndər
Hüquqlarımız
Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. (Bəqərə 228)

Xanımını Rəbbinin əmanəti olaraq alan və Allah adına söz verərək, onu özünə halal edən kişi öz həyat yoldaşına qarşı sevgi və şəfqət göstərmək, yediyindən yedirtmək, geyindiyindən geyindirmək, ona qarşı ədalətli olmaq vəzifələrinə mükəlləfdir. İslamın ailədə kişiyə vermiş olduğu idarəçilik hüququ ona qadın üzərində haqsız təzyiq və zorakılıq imkanı vermir. Çünki bu mövzuda olan ayə və hədislər qadının müdafiəçisidir. Rəbbimiz ailə rəisliyinin mütləq bir hakimiyyət olmadığını belə açıqlayır.

Onlarla yaxşı keçinin və qaynaşın əgər onlardan xoşlanmazsanız ola bilər ki, bir şey xoşunuza gəlməyə bilər Allah onda bir çox xeyirlər təqdir etmiş olar(Nisa19)

Anlayışlı və şəfqətli həyat yoldaşı olmağın örnəklərini bizlərə təqdim edən Peyğəmbərimiz (s.a.s) belə buyurur:

Qadınlarınız barəsində Allahdan qorxun. Çünki siz onları Allahdan əmanət olaraq aldınız. Sizin xeyirliniz qadınlarına qarşı ən xeyirli olanlarınızdır. Qadınlarınıza qarşı xeyirli olmağı bir- birinizə tövsiyə edin.

Kişi özünü harama batmaqdan və namusunu zina etməkdən qorumalıdır (Nur 30, Mearic 29, 30). Bununla kişi həm özünü günahdan qoruyur, həm da qadınının hüququnu qoruyur.
Kişilər qadınlar üzərində kavvamdırlar (Nisa34)...Bu ayədə keçən "Kavvam” kəliməsini "hakim” kimi tərcümə etmək yalnışdır. Əgər Allah istəsəydi ərəbcə hakim kəliməsini işlədərdi.

Qeydsiz, şərtsiz hakimiyyət ancaq Allahındır (Yusif40).

"Kavvam” sözü "kayyim” kəliməsi ilə eyni kökdəndir. İdarə edən, qoruyan deməkdir. Kayyim, təyin etdiyi qurumu öz keyfinə görə idarə edə bilməz. Mütləq hakimin göstərdiyi istiqamətdə gedər. Evi üzərində kavvam olan kişi də ailəni öz keyfinə görə deyil, Allahın qoyduğu qanunlarla idarə etməlidir və qadınını qorumalıdır. İdarə etmək deyəndə ilk ağlımıza əmr yaxud cəza gəlməməlidir. Əksinə məsləhətləşmə ilə əmələ gələn həyat düşünülməlidir. Peyğəmbərində (s.a.s) həyatında bunu görə bilərik. Peyğəmbər olması heç vaxt onu ətrafındakılarla məsləhətləşmədən uzaq qoymamışdır. Hz.Peyğmbər (s.a.s) bunu Quranın təşviqiylə etmişdir.
Əgər kişi ilahi əmrləri aşan bir istək irəli sürsə, o zaman qadın ona itaət etməməlidir.

Allaha üsyanı əmr edən insana itaət olunmaz (Buxari ,Müslim).

İslam ailəni, içində ibadət ediləcək olan məbəd kimi tanıdır. Burada edilən bütün müsbət əməllər ibadət sayılır. Kişinin ailəsini maddi və mənəvi yöndən təmin etməsi ibadət olaraq vəsfləndirildiyi kimi qadının da itaəti, sevgi dolu bir baxışı da ibadət olaraq təqdim edilmişdir. Hətta cinsi əlaqə belə xeyir əməl, savab olaraq qəbul edilmişdir. Ən əsası da uşaq dünyaya gətirmək, onu islami əxlaqla tərbiyə etmək çox böyük əcr və mükafatla qarşılığı veriləcək olan bir ibadətdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 41
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN