Paxlanın orqanizmə xeyri

whatsappda paylaş Whatsapp-la göndər
Paxlanın orqanizmə xeyri
Vitamin və zülal baxımından zəngin olan "təzə paxla" insan orqanizmi üçün olduqca faydalıdır. Paxla tənəffüs yolu xəstəliklərinə, öskürəyə, sidik yollarını təmizləməyə, böyrəkdə olan problemlərə və həzmi asanlaşdırmağa kömək edir.
Məlumatlarda bildirilir ki, bu məhsulun yeni bir faydası ortaya çıxıb. Türkiyənin Ahi Evran Universitetində fəaliyyət göstərən Dos. Seher Yıldız, paxlanın xərçəng hüceyrələri kimi bildirilən xəstəliyin yayılmasına maneə törətdiyini ifadə edib. Onun sözlərindən aydın olur ki, paxlanın quruluşunda olan maddələr, həmin hüceyrələrin yayılmasını önləyir.
Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxla tərkibində xolesterol olmadığından bir çox xəstəliklərə də faydalıdır.
Həmin xəstəliklərə ürək-damar xəstəliyi, ürək döyüntüsü, qaraciyər çatmazlığı, böyrək daşları kimi problemlər aiddir.
Dos. Seher Yıldız tədqiqatları əsas gətirərək bildirib ki, Portuqaliya, İspaniya kimi ölkələrdə paxla istifadəsi döş xərçəngi kimi bildirilən xəstəliklərin riskini 50 faiz azaldıb.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 153
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN