SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Panir pendiri

whatsappda paylaş Whatsapp-la göndər
Panir pendiri
Panir deyilən bu pendirin hazırlanması cəmi 30 dəqiqə vaxt aparır. Hindlilər onu müxtəlif vegetarian karrilərə əlavə edir, qəlyanaltıda yeyir, yaxud da kipr halumisi kimi qıpqırmızı qızardırlar.

Tərkibi (300-400 q pendir üçün):
2 l süd
1-2 limonun şirəsi

Hazırlanması:
Kənd südü yoxdursa, panirin hazırlanması üçün qısa müddətli pasterizə edilmiş süd götürün, ultrapasterizə edilmiş süd yaramayacaq, çünki "çürüməyəcək".
Südü qazana töküb orta itilikli ocaqda arada qarışdıraraq isidin. Üzərində buxar əmələ gələndə, balaca qabarcıqlar çıxıb qaynara düşmək istəyəndə sürətlə qarışdıraraq limon şirəsi əlavə edin. Bu zaman süd çürüyüb yaşılımtıl-sarı ayranı çıxacaq. Əgər çürümədisə, bir qədər də limon şirəsi qatın. Sonra bir də ehtiyatla qarışdırıb kəsmik kütləsi bir yerə toplandıqdan sonra ocaqdan götürün, qapağını bağlayıb 5 dəqiqə saxlayın.
Kəfkirlə kəsmiyi qazandan çıxarıb içinə iki qat cuna döşənmiş ələyin içinə tökün. Cəld suyun altına salıb yuyun ki, limonun turşluğu getsin, sonra isə sıxın.
Bu mərhələdə kəsmikli pendir alınır. Amma onu bərk də etmək olar.
Panirin içində olduğu cunanı səliqə ilə sıxın. Üzərinə yük qoyun. Ən azı 30 dəqiqə - 1 saat yükün altında saxlayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 78
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN