loading...

Ata olmaq şansını azaldan faktorlar

whatsappda paylaş Whatsapp-la göndər
Ata olmaq şansını azaldan faktorlar
Uzun müddət televizor qarşısında əyləşən kişilərdə toxum hüceyrələrinin zəifləməsi müşahidə olunur. Bu, artıq çoxdan məlum olan məsələdir. Bu prosesin gerçək səbəbini ortaya çıxarmaq üçün araşdırma aparılıb. Məlum olub ki, bütün əzələ kütləsi birbaşa olaraq kişi hormonlarının - testosteronun aktivliyinə təsir göstərə bilər. Həftə ərzində 20 saatdan çox televizor qarşısında vaxt keçirən adamlarda artıq çəki problemi yaranır. Bu isə öz növbəsində, kişilərin orqanizminə mənfi təsir göstərir. Kişilərin ata olmaq şansına mənfi təsir göstərən digər səbəblər də var: 1. İstehsalat kimya məhsulları (benzol, herbisil, pestisid və rənglərin tərkibində olan bir sıra maddələr). 2. Ağır metallar (xüsusilə də qurğuşun). 3. Omba hissəsidə radiasiya və rentgen şüalanması. 4. Saunada və ya vannada həddən artıq isinmə. Notbuku dizlərin üzərinə qoymaq da eyni effekti yaradır. 5. Velosipeddə uzun müddət yol getmək. Kişilərin toxum hüceyrələrinin azalmasına orqanizmdəki bəzi problemlər də səbəb ola bilir. Bu xüsusilə də varikoz genişlənmə ola bilər. Bundan əlavə, xlamidioz və horoneya kimi cinsi infeksiyalar da "kişiliyin zəifləməsi"nə səbəb olur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1521
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN