SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Soyuqdəymə zamanı bitki çaylarının faydası

whatsappda paylaş Whatsapp-la göndər
Soyuqdəymə zamanı bitki çaylarının faydası
Ətirli və dadlı bitki çaylarını hamı sevir. Bəziləri bu çayları xoşladığı üçün, bəziləri isə vərdiş etdiyi üçün içir. Çoxları içdiyi bitki çaylarının ona nə kimi faydası dəyəcək heç məlumatı belə yoxdur. Sizə soyuqlama əleyhinə təsir göstərəcək bir neçə bitki çayları haqqında məlumat vermək istəyirəm.

1. İtburnu dəmləməsi – bir çox xəstəliklrin müalicəsində faydalıdır. Soyuqdəymə zamanı isə onu əvəzedəcək ikinci bir dərman yoxdur. İtburnu 15 dəqiqə müddətində dəmlənir, soyuqlama zamanı gündə bir neçə stəkan içilərsə xəstəliyin əlamətləri azalar.

2. Limonlu çay – 1-2 dilim limonun üstünə qaynar su tökülüb, bir neçə nanə yarpağı əlavə olunur. Çay 10 dəqiqə ərzində dəmlənib, içilir.

3. Bir neçə nanə yarpağının üzərinə ½ çay qaşığı darçın əlavə edilib, 15 dəqiqə dəmlənib, içilir.

4. Cökə çiçəyini 20 dəqiqə ərzində qaynadıb, gündə bir neçə dəfə içilir.

5. Moruqla öskürək otunun çiçəklərini 10 dəqiqə dəmləyib gündə 3 dəfə içilərsə soyuqlama əlamətləri aradan qalxar.

6. 1 çay qaşığı zəncəfilin üzərinə 1 stəkan qaynar su tökülüb içilərsə, soyuqlama əlamətləri tez bir zamanda aradan qalxar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 176
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN