SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

HƏZM POZĞUNLUĞUNUN qarşısını alan ən asan üsullar

whatsappda paylaş Whatsapp-la göndər
HƏZM POZĞUNLUĞUNUN qarşısını alan ən asan üsullar
Həzm pozğunluğu problemi olanlara diyetoloqlar heç təxmin etmədiyiniz bir üsul təklif edirlər.

Mədə şişkinliyi yaşayan, həzm pozğunluğu problemi olanlar acsalar da, yemək masasına oturmaq istəmirlər. Bəs həzm pozğunluğunu necə aradan qaldırmaq olar?

Mədə şişkinliyini, həzm pozğunluğunu aradan qaldıran üsulları təqdim edirik:
- Yeməklərdən 30 dəqiqə əvvəl 1 stəkan ilıq suda 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı bal ilə qarışdırıb için. Bu qarışıq mədə şişkinliyinin qarşısını alır, həzmi yaxşılaşdırır.

- Mədə-bağırsağa zərərli mikroorqanizmlərin təsirinin qarşısını almaq üçün sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə, qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.

- Zirə və dəfnə infeksiyaya qarşı çox faydalı bitkilərdir. Onlardan istifadə mədəni təmizləyir, ağrıları sakitləşdirir.

- Xörəkdə kərəviz toxumu mədəni qüvvətləndirmək baxımından faydalıdır.

- Quşüzümü də həzm prosesinə müsbət təsir göstərir.

- Mədənin sağlamlığını qorumaq üçün qəhvəni az işlətmək lazımdır. Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıcqırmasının qarşısını ala bilərlər. Bundan başqa, 20-30 qram kəklikotunu 1 litr qaynanmış suda dəmləyib süzdükdən sonra tərkibinə bir qədər bal əlavə edin. Bu çaydan yeməkdən sonra 1 fincan için.

- Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır.

- Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək də mədə şirəsinin ifrazına kömək edər.

Lakin alternativ üsulları sınaqdan keçirməzdən əvvəl həkiminizlə mütləq məsləhətləşin
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 83
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN