SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Saçın qırılmasını əngəlləyən qidalar

whatsappda paylaş Whatsapp-la göndər
Saçın qırılmasını əngəlləyən qidalar
Saç tökülməsi kişi və qadınlarda tez-tez müşahidə edilir. Saçlarımızı gücləndirməyin yolu isə qəbul etdiyimiz qidalardan keçir.

Gündəlik həyatda yediyimiz bəzi qidalar, saçlarımızın canlanmasını təmin edir. Məhz həmin qidalardan bəziləri bunlardır:

Qırmızı ət: Kifayət miqdarda qəbul edilməyən protein, saçın cansızlaşmasına səbəb olur. Qırmızı ət istehlak etdikdə saçların güclü uzanmasını təmin edir. Tökülmələrə mane olur.

Yumurta: Dəmir, sink, fosfor, biotin kimi vitaminlər baxımından zəngin olan yumurta, saçı qidalandırır. Eləcə də saçın parıldamasını təmin edir.

Balqabaq tumu: Maqnezium, kalium, fosfor baxımından zəngin olan balqabaq tumu, saçı qalınlaşdırır, qırılmaların qarşısını alır.

Zeytun yağı: Sanki təbii bir dərman olan zeytun yağı, içərisindəki E vitamini ilə saçın dərisini qidalandırır, saçı gücləndirir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 101
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN