SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bu ədviyyat cinsi fəallığı artırır

whatsappda paylaş Whatsapp-la göndər
Bu ədviyyat cinsi fəallığı artırır
Qədim dövrlərdə hili “cənnət ədviyyatı” adlandırıblar. Elə bu gün də hil dünyanın demək olar ki, bütün guşələrində qiymətli və faydalı bir ədviyyat kimi istifadə olunur. Bu ədviyyata olan geniş tələbatın əsas səbəbi onun özünəməxsus ətri olması ilə yanaşı, həm də saymaqla bitməyən sağlamlıq üçün möcüzəvi faydalarıdır. Hilin başlıca faydalı xüsusiyyətlərindən biri onun antioksidant təsirə malik olmasıdır. Məhz bu xassəsinə görə hil orqanizmin zərərli maddələrdən təmizlənməsində yaxından iştirak edir, sərbəst radikalların məhvinə səbəb olur. Bu ədviyyat orqanizmi bir çox xəstəliklərdən, o cümlədən ürək-damar, dayaq hərəkət sistemində problemlərin yaranmasından qoruyur. Soyuqdəymə zamanı xəstəliyin qısa zamanda aradan qaldırılmasında hil güclü təsirə malikdir. O, boğaz ağrılarını götürür, öskürəyi yumşaldır, temperaturu aşağı salır. Hil sinir sisteminə olduqca müsbət təsir göstərir. Bu ədviyyat bədənin ümumi tonusunu qaldırır, əhvalı yaxşılaşdırır. Yüksək qan təzyiqindən, hipertoniya xəstəliyindən şikayətlənənlərə hildən istifadə məsləhət görülür. Hil çayda və kofedə kofeinin təsirini azaldır. Mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran hil həzmi asanlaşdırır. Ağızdan gələn xöşagəlməz qoxu problemindən qurtulmaq üçün hildən istifadə etmək kifayətdir. Siqaret çəkənlər üçün də hil faydalıdır. O, ağciyərləri təmizləyir. “Cənnət ədviyyatı” sayılan hil güclü afrodiziakdır. Müntəzəm istifadə olunduqda cinsi fəallıq artır, potensiya güclənir. Hildən həmçinin sidik yollarının və cinsi orqanların xəstəliklərinin müalicəsində istifadə olunur. Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 6826
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN