loading...

Toksoplazmoz və hamiləlik

whatsappda paylaş Whatsapp-la göndər
Toksoplazmoz və hamiləlik
Toksaplozmoz yoluxmuş insanlarda yüngül narahatlıqla və ya simptomsuz keçsə də , hamilə qadınlar üçün böyük fəlakətə çevrilə bilər. Bu o zaman baş verir ki,qadın hamiləlik zamanı yoluxur.Bu cür yoluxmalar ilə 1% qadınlar xəstələnir , dölə verilmə riski isə 20%-dir . Lakin bu riski göz ardı etmək olmaz. Əgər qadın toksoplazmozla hamiləlikdən əvvəl (ən az 6 ay əvvəl ) yoluxubsa bu halda gələcək uşağı bu təhlükə qorxutmur. Əgər qadın hamiləlik zamanı toksoplazma zamanı ilə yoluxub və bu səbəbdən körpəni itiribsə o yarım ildən sonra yenidən hamilə qala bilər,bu zaman onu eyni təhlükə gözləmir . Çünki əmələ gələn antitellər dölü mühafizə edir. Hamiləlik dövründə toksoplazma ilə yoluxma zamanı dölün zədələnmə dərəcəsi və riski hamiləliyin müddətinnən asılıdır. I trimestrdə yoluxma zamanı dölün zədələnməsi riski 15% , II trimestrdə 25% , III trimestrdə 70% təşkil edir. Eyni zamanda zədələnmənin ağrlığı hamiləliyin ilk dövrlərində yoluxduqda daha çoxdur, çunki gec dövrlərdə dölün öz immun sistemi fəaliyyət göstərməyə başlayır. Əgər hamiləlik süni dayandırılmazsa , körpənin ölü doğulması və ya mərkəzi sinir sisteminin , gözlərin , dalaq və qaraciyərin ağır zədələnmələri ilə nəticələnir. Əgər hamilələrin əvvəllərində bu diaqnoz qoyulursa qadın qospitalizasiya edilir və müalicəyə başlanır. Müalicə dölün anadangəlmə toksoplazmozlu doğulması riskini 50-60% düşürür. Bu rəqəm ilk baxışda ümid verici görünsə də , ağır zədələnmədən qaçmaq 50% hallarda da mümkün olmur. Əslində hamiləlik zamanı yoluxma baş verirsə dölün sağlam doğulma riski 0% dir. Hətta doğuş normal keçsə belə , görmə qabiliyyətini saxlanması və baş beynin sağlam olması üçün ehtimal azdır. Buna gorə də hamiləlik zamanı toksaplazmozla yoluxma hamiləliyin süni dayandirilmasına göstərşdir (qadının razilığı əsasında ) . Lakin həkim bu qərarı vermədən öncə ətraflı müayinə etməlidir . Anadangəlmə toksoplazma usaqlar ilk baxişdan normal görünsələr də sonralar gormədə pozulmalar, korluk,əqli inkişafin geriləməsi,nitq qusuru,boy inkisafi ləngiməsi meydana çıxır. Əgər dölün immun sistemi kifayət qədər adekvat cavab bilməsə bu zaman kəskin septik toksaplazmozlar meydana çıxır. Bu da yenidoğulmuşlarda səpkilər, yüksək hərarət,qaraciyərin zədələnməsi, ensefalit,gozlərin zədələnməsi ilə özünü göstərir. Xəstəlik prosesi kəskinləşərək körpənin həyatının ilk həftələrində ölümə gətirib çixara bilir və ya xronikləşə bilər .Motor funksiyasinin pozulmasi iflic , epilepsiya tutmalari , gözlərdə xoriretinit,mikroftalamiya və ya goz almasinin umumiyyətlə olmamasi ola bilər.Təbii ki hər görmə patologiyasi və mərkəzi sisnir sisteminin zədələnməsinin səbəbi toksoplazma deyil. Belə hallardan qaçmaq üçün toksaplazmoza görə analiz hamiləlikdən əvvəl verilməlidir.Əgər qadında toksoplmazmaya qarşı antitellər varsa ( İg G ) , bu gələcək hamiləlikdə döl üçün təhlükə yaratmır və ya ola bilər ki , yoluxma yaxın keçmışdə baş verib,bu halda qadın yarim il sonra rahatliqla hamiləlik planlaşdıra bilər .Əgər antitellər ( İg G ) aşkar olunmazsa , bu o deməkdir ki qadın əvvəl toksoplazma ilə yoluxmayib . Bu zaman diqqətli olmaq lazımdır ki hamiləlik müddətində yoluxma baş verməsin . Yoluxma əsas bu yollarla baş verə bilər : çiy ətdən və pişiklərlə kontakdan . Buna görə bu risklərdən qaçmaq , meyvə – tərəvəzi təmiz yumaq lazımdır . Anadangəlmə toksoplazmoz hamiləlik zamanı anadan uşağa keçən ciddi xəstəlikdir . Hamiləliyin III trimestrində yoluxma baş verdikdə körpədə ağır zədələnmə baş vermir, çünki dölün artıq öz immun sistemi olur və onu ağır dəyişikliklərdən qoruyur. Ən qorxulu zədələnmə isə ilk trimestrdə baş verən yoluxma zamanı olur . Bu hal spontan aborta (uşaqsalma ilə) nəticələnir . Əgər uşaqsalma olmasa ( bu çox nadir halda baş verir) , o zaman döldə kobud patologiyalar yaranır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3075
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN