SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yarımçıq doğulan körpəyə ana südünün faydası

whatsappda paylaş Whatsapp-la göndər
Yarımçıq doğulan körpəyə ana südünün faydası
Körpə ölümlərinin çox geniş yayılmış səbəblərindən biri də vaxtından əvvəl doğuşdur. Vaxtından əvvəl doğulmağın ən böyük səbəbi isə infeksiyadır. Yarımçıq doğulmuş körpənin dərmanı ana südüdür. Bütün körpələr üçün xüsusi əhəmiyyət daşıyan ana südü yarımçıq doğulmuş körpələr üçün həyat qurtarıcı hesab edilir. Ana südü həm körpənin, həm də anann fiziki, ruhsal inkişafına təsir edir. Araşdırmalara görə, ana südü ilə qidalanan yarımçıq uşaqlar daha tez inkişaf edir, çəki alır və infeksiya riski az olur. Ana və körpə arasında qurulan bu bağ ananın depresiyya halını da azaldır və südü çox gəlməyə başlayır. Erkən doğulmuş körpədə ilk 2 ilə diqqət etmək lazımdır Bu körpələrə digər körpələrdən fərqli olaraq çox ciddi nəzarət etmək vacibdir. Nə qədər erkən doğularsa, o qədər çox sağlamlıq problemi yaşamış olar. İlk 2 ildə yaxşı qidalanmaq, təmiz hava almaq, infeksiyadan qaçmaq ciddi mahiyyət kəsb edir. Özəlliklə qış ayları yarımçıq körpələr üçün böyük risk yaradır. İnkubatorda olsa belə, bol-bol ana qucağına ehtiyac var. Ananın körpəsiylə münasibəti xəstəxanada qaldığı gündən başlamalıdır. İnkubatorda qucağa ala bilmədiyiniz hallarda başını, ya barmağını tutaraq göz təması ilə onunla münasibət qurmağa çalışmaq lazımdır. Uyğun həftəyə gəldiyində süd verməyə çalışmalısız. Körpənizə evdə masaj edə bilərsiz. Masaj körpəni rahatladır, münasibətinizi gücləndirir və əzələlərinin çalışmasına kömək edər. Qucağınıza alarkən çılpaq dərinizlə təmasda olması körpənizi rahatladır
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2136
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN