loading...

Yeni doğulan körpəni öpməyin.

whatsappda paylaş Whatsapp-la göndər
Yeni doğulan körpəni öpməyin.
Yeni anadan olan körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə gətirib çıxarır. Xalq arasında “öpüş xəstəliyi “olaraq bilinən Ebstein Barr virusu (EBV) infeksiya bu şəkildə keçir uşaqlara. Öpüş xəstəliyi qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsi kimi narahatlıqlara səbəb ola bilir. Antalya Manavgat Dövlət Xəstəxanası Başhəkimi və Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Mehmet Kuru, öpüş xəstəliyinin uşaqlara keçməsinin qarşısını almaq üçün “bu körpə necə şirindir ” deyərək öpmək istəyənlərin qarşısında durmaq lazımdır dedi.. Həkim xəstəliyin keçməsində ən əhəmiyyətli faktorun tüpürcək olduğunu söylədi və sözlərini belə davam etdirdi: “Ətrafımızda neçə dəfə bu sözü eşitmisiniz; “Öpməyə doya bilmədim, çox şirin uşaqdır”. “Halbuki uşaqları, sevgidən də olsa dayanmadan öpmək heç də doğru deyil, hələ xaricilərin, yəni tanımadığımız insanların uşağımızın öpməsinə icazə vermək böyük bir səhvdir. “Tanımadığım biri uşağımı niyə öpsün? ” Deyə bilərsiniz amma içimizdəki uşaq sevgisi, bizə hər şeyi etdirir. Gözəl bir körpə görən kimi, küçədə ya da hər hansı bir məkanda yanına gedib, yanağından öpürük. Bu hərəkətlə tüpürcəkdə olan və son illərdə körpələri və kiçik uşaqları da zərərli vəziyyətə atan ��?Öpüş xəstəliyinə’ yoluxdura bilərik. Həkim Xəstəliyin qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsinə səbəb ola biləcəyini qeyd etdi. Uşaqları ağız və ağız ətrafından öpməyin. Ana və atalar yaxınlığı nə olursa olsun, uşaqlarını qucağına alıb öpməyə çalışan hər kəsi də xəbərdar etməlidir. Xəstəlik birdən və ya yavaş olaraq qızdırma, baş ağrısı, titrəmə, iştahsızlıq və halsızlıqla başlayıb, limfa toxumalarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edə bilər. Ancaq bu xəstəlikdəki əlamatlər özünü tez də göstərə bilər. Virus, körpələrdə atəşi 39-40 dərəcəyə qədər yüksəldə bilər. “
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2669
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN