SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Valideynin 7 səhvi. Gələcək liderlərə əngəl olmayaq.

whatsappda paylaş Whatsapp-la göndər
Valideynin 7 səhvi. Gələcək liderlərə əngəl olmayaq.
Uşaqların uğur qazanmaq, müstəqil olmaq və liderə çevrilmək potensialı həmişə var. Ancaq təcrübə göstərir ki, nə qədər qayğıkeş, ağıllı olsaq da, biz valideynlər çox vaxt uşaqları bu potensialdan məhrum edirik. Psixoloji bestsellerlərin müəllifi, liderlik üzrə ekspert Tim Elmor valideynlərin 7 tipik səhvini müəyyən edib. Onun təcrübəsi göstərir ki, məhz həmin səhvlər uşaqlarda hələ kiçik yaşlarından özünə inamsızlıq yaradır, onların öz həyatına sahib olmaq, gələcək karyerasında uğur qazanmaq şansını əvvəldən azaldır. Tim Elmorun siyahısı ilə–tərbiyə zamanı buraxa biləcəyimiz səhvlərlə tanış olaq. qumluqda qiz 1. Biz uşaqlara risk etmək imkanı vermirik. Təhlükə hər addımda var və biz valideynlər uşaqlarımızı itirməkdən həmişə qorxuruq. “Təhlükəsizlik hər şeydən vacibdir!” şüarı bizim qorxularımızı artırır, ona görə də uşaqlarımızı hər tərəfdən qayğı ilə əhatə etməyə çalışırıq. Psixoloqlar müəyyən ediblər ki, uşaq həyətdə oynamayıbsa, heç vaxt yıxılmayıbsa, dizini zədələməyibsə böyüyəndə qorxuları da böyüyür, fobiyalardan əziyyət çəkir. Uşaq dəfələrlə yıxılmalıdır ki, bunun normal olduğunu anlasın. Yeniyetmə yaşdaşları ilə mübahisə etməlidir, ilk məhəbbətin acısını yaşamalıdır ki, emosional baxımdan böyüsün. Yetkinlik uzunmüddətli münasibətlər üçün vacibdir. Uşaqların həyatında riski azaltmaqla biz böyüklər gələcəkdə onlarda özünə inamsızlıq, həm də lovğalıq və dikbaşlıq kimi pis xüsusiyyətlərin yaranmasına səbəb oluruq. 2. Uşaqlara kömək etməyə tələsirik. İndiki gənc nəsil 30 il əvvəlki uşaqların bacardığı bəzi şeyləri bacarmır. Biz uşağa həddən artıq “qayğı” göstərəndə, uşağa kömək etməyə tələsəndə vəziyyətdən çıxmaq üçün onun özünün yol axtarmasına mane oluruq. Nəticədə liderə məxsus əsas cəhət—nəyinsə öhdəsindən təkbaşına gəlmək xüsusiyyəti ümumiyyətlə formalaşmır. Gec, ya tez, uşaq buna öyrəşir, həmişə kiminsə onu xilas edəcəyini düşünür: “Səhv etsəm valideynlərim düzəldəcək, yaranan problemi aradan qaldıracaqlar”. Amma axı reallıqda qaydalar başqadır. Həddən artıq “qayğı” göstərməklə biz uşağın böyüməsinə mane olur, onu böyüklərin dünyasına hazırlamırıq. 3. Uşaqları tərifləyəndə səmimi olun. Uşaqlarda özünə inamı artırmaq uğrunda hərəkat qərb məktəblərində 1980-ci illərdə başladı. Bu hərəkatın məğzi təxminən belə idi: “Oyun iştirakçılarının hər biri qalibdir.” Yəni uşaqların hər birində özünə inam yaradılmalıdır. Ancaq müasir psixoloqların araşdırmaları göstərir ki, uşaqları bu şəkildə ruhlandırmaq həmişə müsbət nəticə vermir. Müəyyən vaxtdan sonra uşaq görür ki, onu ağıllı hesab edənlər yalnız valideynləridir, başqaları belə düşünmür. Və belə olanda uşaq valideynlərinin obyektivliyinə, səmimiliyinə şübhə etməyə başlayır.Tərif eşitmək uşağa xoşdur, amma biz onun səhvlərinə də hörmət etməliyik. Əks halda uşaq yalançılığa, olanları şişirtməyə meyllənir və ona çətin görünən reallıqdan qaçır, çətinliklə üzləşməyə hazır olmur. 4. Günah hissinə yol verməyək. Uşaq bizi hər dəqiqə sevə bilməz. Adam böyüdükcə o qədər çətinliklə üzləşir, o qədər məyus olur ki…Uşaqlar onları məyus edən şeylərin öhdəsindən gələ bilər, amma ərköyünlüyün nəticələri ağır olur. Odur ki, uşağa “yox”, “indi olmaz” deməkdən çəkinməyin. Qoyun onlar öz arzuları, dəyər verdikləri və istədikləri şeylər uğrunda mübarizə aparmağı öyrənsinlər. Uşağa həmişə istədiyini verməyə çalışırıq. Xüsusilə uşaq çox olanda, birini yaxşı əməlinə görə mükafatlandırırıqsa, yaxud tərifləyiriksə, o birinə də eyni şeyi etməyə çalışırıq, yoxsa özümüzü günahkar hiss edirik. Amma bu, real deyil. Axı uşaqlar da bilməlidir ki, uğur insanın özünün fəaliyyətinin, qoçaqlığının, fədakarlığının nəticəsidir. Bir də ki, uşağı ticarət mərkəzinə apararaq mükafatlandırmaq istəsəniz, bir daha düşünün. Sizin münasibətləriniz maddi mükafat əsasında qurulursa, uşaq daxili motivasiya və şərtsiz məhəbbətin nə olduğunu bilməyəcək. 5. Uşaqlara öz səhvlərimiz haqqında danışmırıq. Vaxt gələcək, övladınız yeniyetmə olacaq və öz qanadlarını açmaq, özü uçmaq–hər şeyi özü sınaqdan keçirmək istəyəcək. Biz onları “səmaya” buraxmalıyıq, amma köməyimizi də əsirgəməməliyik. Uşaqlara onların yaşında etdiyiniz səhvlər haqqında danışın (içki, siqaret, narkotika haqda neqativ söhbətlərdən qaçsanız yaxşıdır) və elə danışın ki, uşağa düzgün seçim etməyi öyrənməyə kömək olasız. Uşaqlar xətaları və qərarlarının nəticələri ilə üzləşməyə hazır olmalıdırlar. Onlara oxşar vəziyyətdə hansı hissləri keçirdiyinizi, hansı hisslərlə hərəkət etdiyinizi və hansı dərsi aldığınızı deyin. Axı uşaqlarımıza təsir edən tək biz deyilik, ona görə də ən yaxşı təsir edən biz olmalıyıq. 6 Ağıl, istedad və məharəti yetkinliklə səhv salırıq. Uşağın yetkinliyinə qiymət verəndə çox vaxt “ağıl”, “talant” sözlərindən istifadə olunur və nəticədə valideyn istedadlı uşağının həyata hazır olduğunu düşünür. Bu belə deyil. Məşhur idmançılar, Hollivud ulduzları var ki, istedadları ilə çoxlarını heyran edirlər, ancaq adları ictimai dava-dalaşlarda da çəkilir. Çünki insan, eləcə də uşaq hərtərəfli istedadlı ola bilməz. “Kamillik, yetkinlik yaşı” deyilən şey yoxdur. Uşağa hansısa işdə sərbəstlik vermək üşün xüsusi yaş həddi müəyyən edilmir. Ən yaxşısı uşağın həmyaşıdlarını müşahidə etməkdir. Onların sizin övladınızla müqayisədə daha sərbəst olduğunu görsəniz, uşaqda sərbəstliyin inkişafını sizin ləngitdiyinizi anlayacaqsınız. ata-bala ishleyir 7. Uşaqlara məsləhət gördüyümüz şeyləri özümüz etmirik. Uşaqlarımıza arzuladığımız həyatın modelini yaratmaq biz valideynlərin borcudur. Hərəkət və sözlərinə görə məsuliyyət daşımağı bacaran bir adam, bir şəxsiyyət kimi yaşamaqda uşaqlarımıza kömək etməliyik. Bu işə biz yalnız həqiqətlə başlaya bilərik. Ailənin başçısı valideyndir və seçim edərkən, hətta xırda məsələlərdə belə hərəkət edərkən müşahidə olunduğumuzu unutmamalıyıq, çünki uşaqlar bizə baxırlar. Qaydaları pozmursunuzsa, uşaqlar qaydaların pozulmamalı olduğunu anlayacaqlar. Uşaqlara başqalarına kömək etməyin, fədakar işin nə olduğunu göstərin. Ətrafınızı daha da gözəlləşdirin, insanlara yaxşılıq edin, uşaqlarınız da belə edəcək.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1828
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN