SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ətli nar qovurma və hazırlanma qaydası

whatsappda paylaş Whatsapp-la göndər
Ətli nar qovurma və hazırlanma qaydası
Ətli nar qovurma və hazırlanma qaydası Ərzaqlar: 1 kq xırda doğranmış qoyun ya da mal əti 3 ədəd baş soğan 3-4 x.q əridilmiş kərə yağı 500 q təmizlənmiş şabalıd 2 ədəd nar dənəsi Duz Istiot Zəfəran Hazırlanması: Zəfarıanın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Narı dənələyirik. Əti yuduqdan sonra hazır olanadək suda bişiririk. Ətin suyu qaynamağa başlayanda kəfini yığırıq. Duz əlavə edirik.Bişdikdə ocaqdan götürüb kənara qoyuruq. Soğanın qabığını soyub yuyub dörd bölüb nazik doğrayırıq. Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq. Soğan qovrulduqdan sonra əti suyundan çıxarıb soğanın üstünə töküb 5-10 dəqiqə yağda qovururuq. Təmizlənmiş şabalıdı tökürük. Zövqə görə duz və istiotuna baxıb tökürük. Dəmlənmiş zəfəran suyunu yeməyə əlavə edirik. Az ətin suyundan əlavə edib vam odda dəm almağa qoyuruq. Suyu çəkilib yağa düşdükdə hazır olacaq. Narlı ət qovurması hazır olduqda dənələnmiş narı yeməyə əlavə edib isti-isti süfrəyə veririk. Narlı ət qovurma süfrəyə tək ya da düyü ilə verilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 3077
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN