SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Evliliyə aparan 36 addım

whatsappda paylaş Whatsapp-la göndər
Evliliyə aparan 36 addım
Sevdiyiniz adamın evlənə biləcəyiniz adam olduğunu bilmək istəyirsiniz? Korpem.net təqdim edir. Həqiqi bir sevgi axtarırsınızsa, xəyalınızda xoşbəxt bir evlilik varsa, bu 36 suala cavab verin. Ona görə ki, psixoloq Arthur Aron araşdırmasında cütlərin bu suallara cavab aldıqdan sonra bir-birilərinə uyğun olub-olmadıqları barədə qənaətlərinin hasil olacağını idia edir. Zira bu suallar evlilik müddətində tərəf müqabilinizin necə davranacağı mövzusunda əhəmiyyətli fikirlər formalaşdırır. – Mümkün olsa, axşam yeməyinə bütün dünyadan kimi dəvət edərdin? – Məşhur olmaq istəyərdinmi? Hansı sahədə? – Zəng etməzdən əvvəl nələri danışacağını planlaşdırırsan? Niyə? – Əla bir gün nə deməkdir? – Özün və ya başqası üçün mahnı oxuyarsan? – 90 yaşına çatdığında, fiziki, yoxsa mənəvi olaraq 30 yaşında qalmaq istərdin? – Heç “necə ölmək istəyərdim?” deyə düşündünmü? – “Yoldaşınla ortaq 3 xüsusiyyətin olacaq” desələr, hansı xüsusiyyətləri seçərdin? – Həyatda ən çox minnətdarlıq duyduğun şey nədir? – Tərbiyə olunma tərzində tək bir şeyi dəyişdirmə haqqın olsa, bu nə olardı? – Tam 4 dəqiqədə mənə həyatını danış. – Səhər yuxudan keyfiyyət və qabiliyyət baxımından nəyə sahib olaraq oyanmaq istəyərdin? – Qarşına “Kristal kürə” qoyulsa, gələcəyinlə bağlı nəyi bilmək istəyərdin? – Uzun müddət xəyalını qurduğun bir şey varmı? Varsa niyə reallaşdırmadın? – Həyatındakı ən böyük uğurun nədir? – Bir dostluqdakı ən əhəmiyyətli şey nədir? – Ən yaddaqalan anın nə vaxt olub? – Ən pis anın nə vaxt olub? – Bir il ömrün qalsa, həyatında nəyi dəyişərdin? Və niyə? – Yoldaşlığın mənası nədir səncə? – Eşq, sevgi… Bunların mənası nədir ? – Mənə mənimlə birlikdə olmaq istəməyinin (məni sevməyinin) 5 səbəbini saya bilərsən? – Ailə münasibətləriniz yaxşıdır? Uşaqlıqda xoşbəxt idin? – Ananla münasibətin haqqında qısa məlumat verərsənmi? – Mənə ikimizlə əlaqədar “biz” deyə başlayan hisslərimizlə əlaqədar 3 cümlə söyləyərsən? – Həyat yoldaşınla yaxşı dost olmağın üçün vacib olan bir amili deyə bilərsənmi? – Heç kimə söyləmədiyin, xoşuna gələn 3 şeyi mənə deyərsən? – Həyatında utandığın bir anı mənimlə bölüşərsən? – Sonuncu dəfə nə zaman yalnız və ya kiminsə yanında ağladın? – Yanında ağladığın kəslərlə əlaqədar 3 müsbət cəhəti deyərsən? – Çox ciddi bir mövzuda yaxınların zarafat etdikdə, reaksiyan necə olur? – Bu gecə ölməli olsan, bir adama etiraf edəcəyin bir şey var? – Evin yanır, ailə üzvlərini, varsa, heyvanlarını qurtardın. Bir şey daha qurtarmağa vaxtın var. Nəyi qurtarardın? Və niyə onu? – Bütün ailəndə kimin vəfatı səni daha çox məyus edər? Niyə? – Sual verən bu yerdə bir şəxsi problemini danışaraq “mənə nə məsləhət görürsən”, -deyə soruşur. – Bu cümləni tamamla: kaş ki, bir ömür yanımda ………… paylaşacağım bir insan olsaydı…
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1323
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN