SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlikdə pilatesin faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlikdə pilatesin faydaları
Hamiləliyin hər ayında pilateslə məşğul olmaq mümkündür. Hamiləliyin aylarına görə hərəkətlər də dəyişir. Hamilələrə pilates və digər fiziki hərəkətlər həkim nəzarəti altında məsləhət görülür. Pilates sayəsində normal doğuşun asanlaşdırılması hədəf alınıb. Ailem.az pilatesin hamilə qadınlara faydalarını təqdim edir. Bədəndə endofrin hormonunu artıraraq fiziki və psixoloji rahatlıq bəxş edir, qadın özünü güclü hiss edir. Hamiləlikdən qaynaqlanan bel, kürək ağrılarını azaldır. Qol və ayaqlarda şişlər azalır. Ana doğuş zamanı nəfəs hərəkətlərini düzgün edə bilir. Hamilələrin qarın əzələlərini gücləndirir, müqaviməti artırır. Doğuşdan sonra bədənin qarın bölgəsinin normala qayıtmasına kömək edir. Hamiləlikdə və sonra yarana biləcək sidik qaçırma problemlərini ortadan qaldırır. Hamiləlikdə görülə bilən həzm probleminə kömək olur. Nəfəs hərəkətləri sayəsində qadının doğuş zamanı daha az duyğulanmasına, həyəcanlanmasına kömək olur. Qadın daha asanlıqla yuxuya gedir, günü enerjili keçir. Cinsi həyatın doğuşdan sonra normala qayıtmasına kömək edir. Hormonların təsiri ilə zəifləyən sinə əzələlərinin güclənməsinə kömək edər Hamiləlik zamanı idman edən qadınların həyat funksiyaları etməyənlərdən fərqli olaq daha yaxşı işləyir. Əzələ sistemində problemi olan, onurğa əyriliyi, doğuşdan oynaq çıxıntısı kimi problemi olanların pilates sayəsində şikayətləri azalar. Odur ki, hələ hamiləlikdən əvvəl pilateslə məşğul olub bədəni hamiləlik dövründə yaşanacaq fiziki dəyişikliyə hazırlamaq lazımdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2006
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN