loading...

Ana olmaq istəyənlərə

whatsappda paylaş Whatsapp-la göndər
Ana olmaq istəyənlərə
Ana olmaq hər qadının arzusudur. Amma analığa hazırlıq barədə çoxları unudur, ya da bilmir. Halbuki ana, eləcə də ata olmağa mayalanmadan bir neçə ay əvvəl hazırlaşmaq lazımdır. Dünyaya gələcək körpənin sağlamlığına görə indidən məsuliyyət daşıdığınızı bilməlisiniz. Təhlükə yaradacaq faktorlardan xəbər tutmalı, yumurtalığın yetişməsi və mayalanma üçün əlverişli fiziki şərait yaratmalısınız. Hər şeydən əvvəl Sağlam həyat tərzi keçirin. Hər ikiniz içkidən, tütündən imtina edin. Hətta hərdənbir çəkdiyiniz siqaret dölə ziyan edir. İçdiyiniz dərmanların hamiləliyə zərərli olub-olmadığını öyrənin. Gündə azı 8 saat yatın. Yataq otağınızın pəncərəsini açıq qoyun. Təmiz hava hər şeydən vacibdir. Parkda, avtomobillərin az olduğu yerlərdə gəzin. Adamların çox olduğu yerlərdən də uzaq olun, yoluxucu xəstəliklərdən qorunun. Yaxınınız soyuqlayıbsa, maska geyinin. Qripdən qorunmaq üçün burnunuza yağ və sarımsaq suyu sürtün. Ümumiyyətlə sarımsaq və soğan zərərsizdir, yeməyə də əlavə etməkdən çəkinməyin. Gərginlik olan yerdən uzaqlaşın. Heç kimlə mübahisə etməyin, gülümsəməyə çalışın. İş yerinizin, oxuduğunuz yerin səhhətiniz üçün ziyanlı olub-olmadığı barədə düşünün. İndi texnika, mobil telefonlar həyatın mühüm hissəsidir. Bunların ziyanlı olduğunu sübut eləyən faktorlar az deyil. Hər iki valideyn sağlam olub-olmadığını dəqiqləşdirməlidir. 1. Sidiyin və qanın analizini verməli, terapevtlə məsləhətləşməlisiniz. 2. Qalxanvarı vəzinin ultrasəs müayinəsi (USM) və endokrinoloqla məsləhətləşmək vacibdir. 3. Gələcək ana ginekoloqla görüşüb USM-dən keçməli, gələcək ata isə uroloqun, lazım olsa, androloqun qəbulunda olmalıdır. 4. Cinsi əlaqə yolu ilə keçə bilən infeksiyaların olub-olmadığı müəyyən edilməlidir. 5. Qan zərdabında qızılca və Qondi toksoplazmasına qarşı immunoqlobulinin təyini vacibdir. 6. Qanda hormonların miqdarı müəyyənləşdirilməlidir. 7. Spermoqramma. 8. Qanda hepatit virusunun təyini zəruridir. Qadın orqanizmi hər ay 300 000 yumurta-hüceyrədən yalnız birini mayalanmaya hazırlayır. Gəlin həmin hüceyrənin güclü və sağlam olması üçün çalışaq. Axı məhz həmin hüceyrədən sizin gələcək övladınız olacaq. Qeyd: Kanadalı alimlər öyrəniblər ki, qadın orqanizmi ayda bir deyil, bir neçə dəfə mayalanmaya hazır olur. Qorunma üsulunun özünü bəzən doğrultmamasını bununla izah edirlər. Mayalanma hamiləliyin 2-ci həftəsi - mayalanma Mayalanma çox vaxt menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir. Yoldaşınıza da deyin ki, bu müddətdə ehtiyatlı olsun. Spirtli içki, hətta pivə içməməli, isti vanna qəbul etməməlidir. Heç bir halda mübahisə etməyin. Çünki spermatazoidlər incə və dəymə-düşər varlıqlardır (1 eakulyatda 20 milyon olması heç təsadüfi deyil!). Onlar öz aktivlik qabiliyyətlərini ən yüngül stresdən itirə bilərlər. Alkoqol isə onlara birbaşa, öldürücü təsir göstərir. Alkoqol qəbulundan 3 gün keçməsinə, şəxsin tam ayıq vəziyyətə qayıtmasına baxmayaraq, spermatazoid özünü hələ də sərxoş kimi aparır. Onların hərəkət və mayalanma qabiliyyəti 15 dəfə zəifləyir. Cinsi aktdan əvvəl, ya sonra uşaqlıq yolunun hər-hansı bir üsulla yuyulması arzuolunmazdır, bu uşaqlıq yolunun turşuluğuna təsir göstərə bilər. Nəzərə alsaq ki, spermatazoidlər xarici mühitin kimyəvi təsirinə çox həssasdır, hətta dəyişilmiş uşaqlıq boynu mayesi ona öldürücü təsir göstərir. Hamilə olmaq istəyirsinizsə, cinsi aktdan sonra yarım saat arxası üstə uzanın, bel nahiyəsinə yastıq qoysanız yaxşı olar. Gələcək övladın sağlamlığına görə hər iki valideyn məsuliyyət daşıyır. ata balasini qoxulayanda Keçmişdə övladın olmamasının səbəbini birbaşa qadında axtarırdılar. Kişinin sağlamlığına heç kimin şübhəsi olmurdu. Yalnız keçən əsrdə tibb sübut etdi ki, kişilər də sonsuz ola bilər. Məlum oldu ki, uşaq olmayan ailələrin 45%-də sonsuz olan qadındırsa, 40%-də sonsuz kişidir, 15%-də isə hər iki tərəfin problemi var. 21 qadın, 19 kişi faktorunun sonsuzluğa səbəb olduğunu müəyyən ediblər. Bəzən cütlük problemin kimdə olduğunu təsəvvür etmir. Həkimə müraciət etmək vacibdir. Həkimlərin məqsədi “günahkarı” müəyyən etmək deyil, problemi aradan qaldırmaq, cütlüyə valideyn olmaq xoşbəxtliyini bəxş etməkdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3424
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN