SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İlk dişlər hansı ayda çıxmalıdır

whatsappda paylaş Whatsapp-la göndər
İlk dişlər hansı ayda çıxmalıdır
Uşağın ilk süd dişi adətən 7-ci ayda çıxır. ilk dihslerAmma ilk dişin 12-ci, ya da 3-cü ayda, hətta daha tez çıxması da normaldır (bu, irsi məsələdir). Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. Süd dişinin ilk əlaməti seliyin çoxalmasıdır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən bu selik axını körpənin ağzının ətrafında, boğazında qızartı əmələ gətirir. Ya da yüngül öskürəyə səbəb olur. Narahatlığa ehtiyac yoxdur, qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürək keçib-gedəcək. Süd dişlərinin çıxması ardıcıllığı dishlerin sirasiŞəkildəki sıralama uşaqların çoxunda müşahidə olunan ardıcılıqqdır. Amma dişlərin çıxması ardıcıllığı bütün uşaqlarda eyni olmur və çox fərqlidir. Adətən ilk dəfə öndəki alt dişlər, sonra yuxarıdakı ön cütlük peyda olur. Daha sonra yanlardakı dişlər çıxmağa başlayır. Bəzi uşaqlarda dişlər cüt çıxmaya bilər. Hətta, məsələn, ortadakı cütlükdən biri və bir yan diş eyni vaxtda, cütün o biri tayı və yanındakı diş sonra çıxa bilər. Körpənin ilk dişi gec çıxıbsa, sonrakı süd dişləri də xeyli vaxtdan sonra çıxa bilər. 1 yaşından 3 yaşına qədər uşağın 20 dişi çıxmalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2220
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN