SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İki ayı balası

whatsappda paylaş Whatsapp-la göndər
İki ayı balası
İki ayı balası yağlı, iri bir pendir tapmışdı. Amma heç cür bölə bilmirdilər. Qorxurdular ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb dedi: – Verin mən bölüm! Onlar pendiri tülküyə verdilər. Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırdılar: – Biri o birindən böyükdür! Tülkü onları sakitləşdirdi: – Dayanın, bu saat bərabərləşdirəcəyəm. O, böyük hissədən bir parça dişləyib yedi, ancaq bu dəfə həmin hissə o birindən kiçik oldu. tulku nagilTülkü pendir tikələrinə baxdı: – Deyəsən, yenə bərabər deyil! O, yenə böyük pendir tikəsini dişlədi. Ayı baları bu dəfə də narazı qaldılar. Tülkü hey dişləyir, dişləyirdi. Ayı balaları isə burunlarını gah bu, gah da o biri tikəyə çevirib narazı qalırdılar. Tülkü doyunca pendirdən yedi. Axırda iki balaca tikə qaldı. O, bu tikələri ayı balalarına verib dedi: – Alın yeyin, az da olsa, bərabərdir. Tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə getdi.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 2253
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN