SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Doğum üçün ən uyğun fəsil

whatsappda paylaş Whatsapp-la göndər
Doğum üçün ən uyğun fəsil
Hamiləlik və doğuş - hər bir özünə hörmət edən qadının həyatında çox mühüm bir dövrdür. İlk doğum xüsusilə məsuliyyətli olduğundan qadın planlı hərəkət etməyə çalışır. Kimi övladının vitamin bolluğu baxımından yayda olmasını, kimisi isə tətil planlarını pozmamaq üçün qış fəslini münasib bilir. Bu planlamanın mənfi və müsbət cəhətləri: Qışda doğulanlar - Yay tətilini evdə keçirmək istəməyənlər üçün ideal vaxtdır. Qışda uşaq doğulubsa yay aylarına qədər ən azı 6 aylıq olur və rahat dənizə aparmaq olur.Qışda doğulan uşaqlar digər fəsillərdə anadan olan uşaqlara nisbətən çəlimsiz olur. Baharda doğulanlar - Ana orqanizminin bərpası baxımından çox əlverişlidir. Baharda yetişən vitaminli tərəvəzlər nə qədər orqanizm üçün xeyirli olsa da körpənin orqanizmində allergik reaksiya yarada bilər.Olduqca diqqətli olmaq lazımdır. Yayda doğulanlar - Bu fəsilin müsbət cəhətləri ondan ibarətdir ki,körpənin dünyaya gəldiyi ilk həftədən etibarən,artıq onu gəzintiyə çıxarmaq olar.Körpəyə soyuq dəymə ehtimalı demək olar ki,yoxdur. Digər yaşıdları ilə müqayisədə yayda doğulan uşaqlar daha sağlam olurlar. Payızda doğulanlar - Doğuşun payızda olması yaydan qalan enerji baxımından çox əlverişlidir. Vitamin ehtiyatı yaydan tam qaydasında qalır, ona görə də avitaminoz və raxit kimi problemlər uşaqda rast gəlinmir. Mənfi cəhət isə ananın tez depressiyaya düşməsi olur. Fəsildən asılı olmayaraq, Allah arzusunda olan hər qadına bu hissi yaşamağı nəsib etsin. Amin!!!
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2387
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN