SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qoltuq altı qaralması

whatsappda paylaş Whatsapp-la göndər
Qoltuq altı qaralması
Qoltuq altı qaralması niyə olur? Necə keçər? Qoltuq altı bölgəsi həm kişilər, həm də qadınlar üçün tük baxımından bezdirici tük artan hissədir. Qoltuq altı tükləri yeniyetmə dövründən etibarən çıxmağa başlayar və həyatımızın hər dövründə bizimlə bərabər olmağa and içmiş kimi işlərinə davam edərlər. Pis qoxu və görünmə səbəbindən mütləq təmizlənməsi lazımdır. Epilyasiya bölgələri içərisində ən ağrıdıcı yer olduğu üçün qoltuq altı tüklərinə nifrət edərik. Qoltuq altlarını nizamlı olaraq təmizləsək də, qaralmalara fikir verməmişik. Bəzi dəri tiplərində bu qaralma görünməsə də, əksəriyyətdə qoltuq altı qaralmalar olur. Bu qaralma xanımlarda daha çox görülür. Ölü hüceyrələrin yığılması olaraq adlandırılan bu qaralma şəkər olan adamlarda və artıq çəkiyə sahib olanlarda daha çox olur. Qaralmada ən böyük faktor spirtli dezodrantların birbaşa dəriyə vurulması, çox tərləmə və genetik səbəblərdir. Qoltuq altı qaralması üçün evdə sadə maskalar Bir ədəd limon Bir çay qaşığı sarıkök Dörd çay qaşığı şəkər tozu Hazırlanması: Şəkər tozunu pudra halına gələnə qədər əzin və digər vasitələri əlavə edin. Qoltuq altınıza masaj edərək çəkin, 20 dəqiqə gözləyin və yuyun. Bir həftə bu maskadan istifadə etmək qoltuq altı qaralardan sizi xilas edəcəkdir. Vazelin Alma Limon suyu Bu vasitələrin hər birindən bir çay qaşığı lazımdır. Bu maskanı da digər maska kimi qoltuq altınıza masaj edərək çəkin, 20 dəqiqə saxlayıb yuyun.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 20733
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN