SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Üz üçün ağardıcı maskalar

whatsappda paylaş Whatsapp-la göndər
Üz üçün ağardıcı maskalar
Ev şəraitində hazırlaya biləcəyiniz üz üçün ağardıcı maskaların reseptlərini diqqətinizə təqdim edirik: Hidroqen peroksidi və kəsmik tərkibli ağardıcı maska. Maskalarda Hidrogen Peroksidi və kəsmiyin ahəngi əla ağardıcı təsir bəxş edir. Bu maskanın hazırlanması üçün 50 qram kəsmiyi (¼ kəsmik paçkası) yumurta sarısı ilə əzirik, 5 hidrogen peroksidi damcısı qatıb, qarışdırırıq. Maskanı üz və boyun nahiyəsinə çəkib, 16 dəqiqə ərzində saxlayırıq. Ağardıcı təsirdən başqa, dərinizi qidalandırmaq da istəyirsinizsə, maskaya 1 çay qaşığı bal əlavə edə bilərsiniz. Limon suyu ilə ağardıcı maska. Limon suyunun istifadəsi ilə hazırlanan maskalar da dərini yaxşı ağardır. Məsələn, bal ilə limon suyunun qarışığından ibarət maska çox populyardır (50 qram bal və 5 damcı limon suyu) – bu maskanı hər səhər istifadə edirlər. Maskanı su ilə yuduqdan sonra dəriyə qidalandırıcı krem çəkilir. Quru dəri sahibələrinin nəzərinə! Əgər Siz dərinizi ağartmaq üçün yuxarıda göstərilən maskalardan istifadə edirsinizsə, maskanın tərkibinə bir xörək qaşığı qatı qaymaq əlavə etməyi unutmayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 89858
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN