SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşağım qucağımdan düşmür

whatsappda paylaş Whatsapp-la göndər
Uşağım qucağımdan düşmür
İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balanız, qıçlarınıza yapışaraq «Məni qucağına götür» deyə ağlayıb getməmək üçün nə lazımdırsa edir.Əgər belə bir vəziyyətdəsinizsə sizə bir neçə ipucu verim: Yeriməyi əyləncə halına gətirin Uşağınız gedərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları,quşları göstərin, səki daşlarının üzərinə çıxardıb düşürün,oynadın. Mahnı oxuyaraq ya da yolda gördüyünüz çiçəklərə baxmaq üçün dayanın,diqqətini başqa istiqamətə çəkin. Onu köməkçiniz edin Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir kopiyasını ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin. Tələsgənlik etməyin Bunu unutmayın: uşağınızın qıçları sizinkilərdən qısadır və sizin atdığınız addımların 2-3 mislini atmaq, yəni daha çox getmək məcburiyyətindədirlər. Təbii olaraq sizdən daha əvvəl yorulacaq. Mümkün olduğu qədər onun ritminə uyğun gedin və yorulmaması üçün tez-tez kiçik fasilələr verin.Uşağınız evə qədər getməməkdə israr edirsə, yolun bir qisimini getsə bir qisimində onu qucağınıza götürəcəyinizi söyləyin. Beləliklə hər istədiyini etdirməyəcəyini,həm də yeriməsinin vacibliyini öyrənəcək. Səylərini təqdir edin Qısacıq bir məsafə belə olsa gedişini tamamladığı zaman mütləq uşağınızı təqdir edib " afərin" deyin. Artıq böyüdüyünü və getdiyiniz yerlərdə sizə kömək edəcəyini söyləyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1884
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN