SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qabların bəhsi ( nağıl )

whatsappda paylaş Whatsapp-la göndər
Qabların bəhsi ( nağıl )
Alimin otağında olan qablar bir gün yarış keçirdi.Yarışın şərtləri belə idi.Hər qab bu otağa necə düşməsini söyləməli, bununla da hansı qabın daha səmərəli olacağı müəyyən edilməli idi. Əvvəlcə üstünə qızılgül şəkli həkk edilmiş büllur qab başını tərpətdi: -Mən hörmətli bir nazirin qonaq otağında gözəgəlimli yerlərdən birini tuturdum.Alimin ad günündə nazir dostu olduğu üçün məni ona bağışladı. Sadə, yaraşıqsız olan beş stəkan bu qaba həsəd apararaq xeyli dinməz dayandı.Yaraşıqlı bir çaydan xüsusi əda ilə nazlanaraq dedi: -Məni məşhur bir bəstəkar Almaniyadan alıb gətirmişdi.Alim onu o qədər dilə tutdu ki, axırda bəstəkar məni baha qiymətə alimə satdı. “Boylu-buxunlu” büllur vaz vəcdə gəldi: -Sahibim məni Fransa paytaxtının ən böyük mağazasından alıb gətirmişdir. Gözqamaşdırıcı güldan daha da parıldayıb dil-dil ötdü: -Mən dənizdən çıxarılan mirvari parçasından hazırlanmışam.Alimin Türkiyədəki xalası məni ona hədiyyə göndərib. Beləliklə, bütün parıltılı qablar üzlərini öyüb lovğalandılar.Yalnız beş sadə stəkan yarışın əvvəlindən axırına kimi susub bir kəlmə də olsun demədi.Utandıqlarından başlarını aşağı dikmişdilər.Bilirsinizmi niyə?Ona görə ki, alimin kasıb pulu ilə alınmışdılar. Mübahisə iki gün davam etdi.Çünki parıltılı qablar kimin daha hörmətli olmasını müəyyən edə bilmədilər.Hamısı da baş mükafata layiq görülməyə can atırdı. Bəs mübahisənin axırı nı ilə qurtardı?Qablar qızışdıqlarından bir-birinin üstlərinə atıldılar.Axırda hamısı çilik-çilik olub otağın döşəməsinə səpildi.Alim təəssüf etsə də, onları zibil qutusuna atmağa məcbur oldu.Otağın ən gözəgəlimli yerini isə beş sadə, yaraşıqsız stəkan tutdu.Çünki onlar halal mallar idi. Əli Cəfəroğlu (Əliyev), Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1659
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN