SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Körpə nə vaxt görməyə başlayır

whatsappda paylaş Whatsapp-la göndər
Körpə nə vaxt görməyə başlayır
Doğulduğu anda körpənizin gözləri, yetkin dövründəki böyüklüyünün təxminən dörddə üçü qədərdir. Gözün ağ qisimi (gözakı; sklera) göy rəngə çalan bir tonda olarkən rəngli qisimi (iris) mavi rəngdən tünd rəngə qədər dəyişə bilir. Yeni doğulmuşların göz bəbəkləri kiçikdir və işığa reaksiya olaraq dərhal büzülmməyə bilər. Körpəniz gözlərini çox vaxt bağlı saxlayır. Bu, körpənin görə bilmədiyi mənasını verməz. Əslində körpələr bulanıq da olsa doğumdan dərhal sonra görməyə başlayırlar. Yeni doğulan körpəniz baxışlarını üzünün qarşısında tutulan obyektlərə mərkəzləşdirməyə çalışacaq. İşıq 20 ilə 30 sm. dən daha uzaqda isə görünüş bulanıq olar və körpənin gözləri, hər biri başqa bir istiqamətdə olmaq üzrə, ətrafını araşdırır.Vaxtında doğulmuş bir körpənin, gördüyü obyektlər ana üzü kimi canlı ola bildiyi kimi bir işıq qaynağı ya da qırmızı rəngdə bir əşya kimi cansız da ola bilər. Körpənin bunları gördüyünü, baxışının get-gedə daha diqqətlə bir nöqtəyə zillədiyini anlaya bilərsiniz. Əgər obyekt yavaş-yavaş bir tərəfdən digərinə hərəkət etdirildə, obyektə gözlərini dikib, qısa və ani göz hərəkətləriylə obyekti izləyə bilər. Körpə ayrıca işığın şiddətinə də həssasdır. Parlaq bir işıq qarşısında gözlərini qırpır, möhkəmcə yumar və ya bağlayar. Doğulan gündən etibarən formaları, naxışları və xəttləri ayırd edə bilir. Naxışlı səthləri mat ya da parlaq tək rənglıri seçir. Zolaqlı və bucaqlı obyektlərə daha uzun müddət baxar. Əmizdirmə əsnasında ananın gözləriylə körpənin gözləri arasındakı uzaqlıq, körpənin bir obyekti ən yaxşı tuta bildiyi uzaqlıqdır. Bu göz gözə əlaqə uşaqla ana arasındakı ilk ünsiyyət yoludur. Yeni doğulan körpə rənglərdən çox şəkillərə maraq duyur. Həyatının ilk dövründə olan bir körpə üçün ən əhəmiyyətli obyekt insan üzüdür, ümumiyyətlə də anasının üzü. Körpənizin ilk göz müayinəsi xəstəxanada aparılır. Bu müayinədə həkim körpənin gözlərini yaxından araşdırır və işığa göstərdiyi reaksiyanı izləyir. Çox körpələrdə yüngül hipermetropiya olmaqla birlikdə bəzi körpələr, xüsusilə də yarımçıq doğulanlar miop olaraq doğulurlar (yəni uzaqdakı obyektləri görə bilmirlər). Normal körpə böyüdükcə gözləri dəyişilir və həm yaxındakı, həm də uzaqdakı obyektləri daha diqqətli görür. Bəzi körpələr qismən və ya tam korluqla doğulurlar. Bunun məşhur səbəbləri arasında inkişaf pozuqluqları, infeksiya, doğuş travması, oksigen çatmazlığı (hypoxia) və gözün özünü ya da beynin görmə mərkəzinə gedən sinirləri təsir edən genetik xəstəliklər sayıla bilər. Əgər körpənin xəstəxanada keçirdiyi ilk günləri əsnada bir problem olmursa ana və ata körpələrinin görməsində bir problem olduğunu necə bilə bilər? Bunun ilk ipuclarından biri Nistagm olaraq adlandırılan gözlərin müxtəlif istiqamətlərdə titrəməsidir. Körpənin gözləri birdən yuxarı aşağı, sağa sola ya da dairəvi olaraq hərəkət etməyə başlaya bilər. Geniş rast gəlinən digər bir işarə də körpənin, hər iki gözünü bir obyekt üzərində düzgün fiksə etməməsidir. Bir göz bir obyekt üzərinə sabitlənər, digəri isə axtarar. Körpə gözlərini qıyaraq baxa bilər və ya gözləri çəp ola bilər.Çoxunun dediyinin əksinə uşaqlardakı çəpgözlük böyüdükcə özbaşına itməz. Gözləri çəp vəziyyətdəki körpələrin bir oftalmolog (göz həkimi) tərəfindən müayinə edilməsi şərtdir. Doğumdan sonra: Körpənin görüş məsafəsi məhdud olduğundan, valideynlərin üzü özünə 50cm’dən yaxındırsa gözləri valideynlərin üzünə yönəlmişdir. 1 aylıq: Körpə xüsusilə də ana və atasının üzlərinə baxmağı çox xoşlayır 2 aylıq: Gözlərini nəyəsə ziləyir; obyektlərin kənar və guşələrindən görə bilər. Bir obyekti gözünün bir ucundan digərinə qədər təqib edə bilər. 3 aylıq: hərəkət etməkdə olan bir insanı gözləriylə təqib edə bilər. Üzləri araşdırmaq çox xoşuna gedər; saç və üz arasındakı rəng onun marağını çəkər. 4 aylıq: Biri ya da bir şeyin tanış olduğunu bilir; əllərinə baxar. Baxışlarını fərqli uzaqlıqlara zilləyə bilər 5 aylıq: Düşən bir obyekti gözləri ilə axtarar. 6 aylıq: Göz və əl uyğunlaşması yaxşıdır; aynadakı görünüşünü əlləməyə çalışır; bir obyektin fərqi bucaqlardan eyni olduğunu qavrayar, yerə saldığı bir obyekti axtarmağa başlayır. 7 aylıq: Kiçik cisimlərə fokuslanar. Aynadaki görünüşünə əlləriylə vurar. 8 aylıq: Birinin işarə etdiyi yerə baxar və onu təqib edər 11 aylıq: Tez tez obyektlərə fokuslanar 12 aylıq: Ananın gördüyü qədər yaxşı görə bilər; bir obyekti son gördüyü yerdə axtarar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 10274
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN