SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Riskli hamiləlik nədir?

whatsappda paylaş Whatsapp-la göndər
Riskli hamiləlik nədir?
Hamiləlik normal və təbii bir müddətdir. Bəzi vəziyyətlərdə hamiləlikdən əvvəl qa¬dında rast gəlinən xəstəliklər və ya hamiləliklə əlaqədar sonradan orta¬ya çıxan problemlər hamiləlikdə bir çox risklərin ortaya çıxmasına gətirib çıxarır. Belə hamiləliyə riskli hamiləlik deyilir və bu hamiləlik da¬ha dərindən izlənilir. Riskli hamiləlik sinfinə daxil olan bəzi hallar aşağıda qeyd olunub: - Hamiləlik diabeti (şəkər xəstəliyi) - Hamiləlik zəhərlənməsi (preeklampsiya, eklampsiya) - Yüksək təzyiq və hamiləlik - Hamiləlik qanaxmaları - Hamiləlikdə qan xəstəlikləri - Hamilələrdə ürək, böyrək, sinir xəstəlikləri - Körpədə inkişaf geriliyi - Dölyanı mayenin erkən gəlməsi - Erkən doğuş təhlükəsi - Dölyanı mayenin normadan az və ya çox olması - Əkiz hamiləlik Siz bu mövzuda həm də hamiləlikdə təhlükə sayılacaq əlamətləri də oxuyacaqsı¬nız. Əgər bu əlamətlərdən biri ya da bir neçəsi sizdə də varsa vaxt itirmədən həkiminizə baş çəkin. Unutmayın ki, belə həm özünüzə, həm də körpənizə kömək etmiş olarsınız. Sizə təhlükə sayılacaq əlamətlər: • Üzdə, əllərdə və qıçlarda şişmələr. • Görmə pozğunluğu. • Qarında, qasıqda və digər nahiyyələrdə ağrılar. • Qızdırma. • Az və ya çox vaginal (uşaqlıq yolu) qanaxma. • Davamlı qusma. • Davamlı baş ağrısı. • Vaginadan (uşaqlıq yolundan) su gəlməsi. • Xarici cinsiyyət orqanlarında və qıçlarda varikoz damar genişlənmələri. • Həddindən artıq çəki artımı. • Dölün hərəkətlərinin həddindən artıq çox və ya çox nadir olması. Bütün bu şikayətlər həkiminizə müraciəti tələb edən vəziyyətlərdir. Bundan əlavə normal doğmalı olmanız olan vaxt gələrsə lakin doğuş olmazsa yenə də həkiminizə müraciət etməlisiniz. Riskli hamiləliklər son zamanlar daha çox yayılmışdır. Bu tip hamilələrin diaqnoz və müayinələrində aşağıdakı üsullardan istifadə edilir. a) Xəstənin anamnezi b) Kliniki müayinə c) Fiziki və kimyəvi laboratoriya müayinələri Anamnezə görə riskli hamiləlik qrupuna daxil edilən hamilələr bunlardır: - Hamilə qalmaq üçün uzun müddət müalicə alanlar. - Daha əvvəl bir neçə dəfə erkən doğuş keçirmişlər. - Ölü və ya anomaliyalı uşaq doğmuşlar. - İri uşaq doğmuşlar (4000qr.dan çox) - Hamiləliyi zamanı ağır infeksion xəstəlik keçirənlər. - Doğuş vaxtı keçən hamilələr (gecikmiş hamiləlik) - Qohum evliliyi olan hamilələr - Uşaqlarda uşaqlıq daxili inkişaf pozğunluğu olanlar və s. Kliniki müayinə ilə riskli hamiləlik diaqnozu qoyulan hallar bunlardır: - Cinsi orqan anomaliyası olan analar (cinsiyyət orqanlarında anormallıq) - Ürək, ağciyər, qaraciyər və böyrək xəstəlikləri başda olmaqla digər sistemlərdə xəstəliklər. - Şəkər xəstəliyi olanlar. - Qan uyuşmazlığı olan hamilələr. - Hamiləlik toksikozları (preeklampsiya və eklampsiya) - Əkiz hamiləliklər - Hamiləliyində həddindən artıq çəki artıranlar (15 kgdan çox) -Körpənin köndələn yerləşməsi və ya sağrı gəlişi İstər xəstənin anamnezi, istərsə də müayinə ilə riskli hamiləlik diaqnozu qoyulan hamilələr kliniki olaraq izlənməklə yanaşı (uşağın hərəkəti, uşağın ürək döyüntüləri və s. kimi) bəzi fiziki və laboratoriya üsulları ilə də müayinə olunurlar. Aşağıda bu üsullar haqqında qısa məlumatlar vermək istəyirik. - Qan analizi, qan qrupu və sidiyin müayinəsi: Bunlar ümumiyyətlə bütün hamilələrdən tələb olunur. - Qanda hormon və ferment müayinələri Bu maddələr plasenta haqqında bizə məlumat verir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 4758
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN