SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Toydan sonra gəlinliyi necə istifadə etmək olar?

whatsappda paylaş Whatsapp-la göndər
Toydan sonra gəlinliyi necə istifadə etmək olar?
Gəlinlik nə qədər dəbdəbəli olsa da, toyun səhəri günü “qiymətini itirir”. Dünənki gəlinlər qarderobda çox yer tutan gəlinliyi necə istifadə etmək sualı ilə üz-üzə qalır. Satmaq, hədiyyə etmək və ya sadəcə sandıqda saxlamaq? Gəlinlik qıyafətinin istifadə üsullarını diqqətinizə təqdim edirik. Gələcəkdə uşaqlarınıza göstərmək üçün sandıqda saxlamaq. Müasir gəlinlər mövhumatçı olmasalar da, əksəriyyəti əlamətlərə inanır. İnanclara görə, gəlinliyi satmaq və ya başqasına hədiyyə etmək olmaz. Onu ömür boyu qoruyub-saxlamaq lazımdır ki, ailə dağılmasın. Bu barədə psixoloqların fikri belədir ki, gəlinliyin qoruyub-saxlanması və vaxt aşırı ailə üzvlərinə, uşaqlara göstərilməsi ailənin qadını “çömçəli ailə üzvü” kimi deyil, zərif, gözəl və dəyərli bir xanım kimi görməyə kömək edəcək. Bu məqsədlə psixoloqlar gəlinliyi və toy albomunu saxlayaraq, gələcəkdə uşaqlara göstərilməsini tövsiyyə edir. Satmaq Xanımı öz gəlinliyi satmağa məcbur edən səbəblər müxtəlif ola bilər – maliyyə problemlərindən tutmuş qarderobda yer çatışmazlığına qədər. Satış vaxtı heç bir problen yaranmamalıdır – internetdə yetərincə elan saytları var. Elanın yazılışına xeyli əmək sərf etməli olacaqsınız. Axı Siz potensial alıcıları inandırmalısınız ki, Sizin gəlinliyiniz “gözəllərin gözəlidir” və, təbii ki, gəlinliyi təfərrüatları ilə təsvir etmək lazımdır – ölçüsü, rəngi, üslubu, və digər detalları. Adətən gəlinliyi alana aksesuarlar hədiyyə verilir – ata, əlcək, hərdən isə ayaqqabı da. Bir qayda olaraq, ikinci əl geyimlərinin qiyməti real qiymətinin yarısına bərabər olur. Bundan əlavə, bəzi toy salonları ikinci əl gəlinkliklərini satış və ya kirayə üçün qəbul edir. Fotosessiyada “öldürmək” Bugün toy fotosessiyalarını təkcə toy günü deyil, ondan sonra da keçirilir. Müasir cütlüklər toydan sonra toy geyimlərini götürərək, bal ayı istirahətinə yollanır. Və orada, qarlı dağlarda və ya isti çimərliklərdə özlərinin ən yaxşı toy şəkillərini çəkdirirlər. Fotoqrafların portfoliolarında gəlinləri müxtəlif obrazlarda görmək olar – suyun altında, atın üzərində, səhrada – bir sözlə, hər yerdə! Toy fotoşəkilləri sahəsində “Trash The Dress” adlı istiqamət var. Bu cür fotosessiyada iştirak etməyə qərar verən gəlinlər nəinki saç düzümlərini və makiyajlarını, hətta öz gəlinliklərini də xarab etməyə hazırdılar. Gəlinliyi adi dona çevirmək. Ən praktik gəlinlər elə gəlinlik seçirlər ki, sonra onları başqa tədbirlərə də geyinə bilsinlər. Son zamanlar gəlinlər alternativ gəlinliklərə üz tuturlar: ağ əvəzinə rəngli, uzun əvəzinə - gödək, ağ klassik ayaqqabı yerinə - botilyonlar. Beləliklə, klassik gəlinliklər toydan sonra adi gecə qıyafətinə çevrilir. Bəzi gəlinlər toydan sonra gəlinliklərini söküb, yenidən ya özləri üçün adi ağ don, ya da qız övladları üçün gözəl dəbdəbəli geyimlər tikirlər. Dəyişdirmək Gəlinliyinizi məişətdə vacib olan əşyalara dəyişdirə bilərsiniz – məsələn, fotoapparat və ya elektrik soba. Hədiyyə etmək Ən nəhayət, Siz alicənab hərəkət edə bilərsiniz –hər hansı səbəbdən gəlinlik ala bilməyən xanıma öz gəlinliyinizi hədiyyə edə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2039
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN