SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Diş əyriliyinin əsas səbəbi

whatsappda paylaş Whatsapp-la göndər
Diş əyriliyinin əsas səbəbi
Mütəxəssislərin fikrincə, uşaqlıq dövründən dırnaq yeyən şəxslərin dişlərində formal pozğunluq yarana bilər. Xüsusən körpəlik və uşaqlıq dövründə dırnaq yeyən, barmaq soran, uzun müddət əmzikdən istifadə edən və genetik səbəblərdən düzgün nəfəs almayan şəxslərdə diş əyriliyi ola bilər. Dırnaq yemək alt çənənin önə doğru sürüşməsinə şərait yaradır. Türkiyəli mütəxəssis Əhməd Pınar dişlərdəki formal və funksional problemlərlə əlaqədar məlumat verərkən, əyri dişlərin, başda estetik görünüş olmaqla bir çox problemlər yaratdığını bildirir. Ortodontik problemlərin böyük əksəriyyətinin genetik səbəblərdən ortaya çıxdığını bildirən Əhməd Pınar başqa səbəblər haqqında da məlumat verib. O, bildirib ki, sadalananlardan əlavə uşağın yatma mövqeyi, 20 yaşa kimi və ya erkən yaşlarda süd dişlərinin çəkilməsi də formal diş pozulmasına yol aça bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1539
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN