SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlik və dərmanlar

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlik və dərmanlar
Bir çox qadınların fkirinə görə, hamiləlik zamanı qəbul olunan istənilən dərmanlar hamilə qadına və dölə yalnız ziyan gətirə bilər. Bu səbəbdən qadınlar hamiləlik zamanı hətta buna ehtiyac yarandıqda dərmanlardan imtina edirlər. Lakin bu çox səhv nöqteyi-nəzərdir. Bəzi hallarda hamiləlik zamanı müalicəyə və dərmanların qəbuluna çox ciddi zərurət yaranır ki, bu müalicə olmadan hamiləlik və hətta qadının və uşağın sağlamlığı təhlükə altına düşür. Belə ki, biz bilirik ki, ananın orqanizminə düşən bir çox mikroblar və ziyanlı maddələr dölə keçə bilmir, çünki cift buna imkan vermir. Lakin bəzi mikroorqanizmlər (xüsusilə bu viruslara aiddir) asanlıqla bu maneəni keçir. Bəzi viruslar (sadə herpes, sitomeqalovirus, papillomavirus, qripp və s.) döl üçün çox ziyanlıdır. Onların təsiri nəticəsində dölün inkişafında ciddi pozulmalar yarana bilər, hamiləlik hətta inkişafdan qala bilər. Bütün bu fəsadlardan özünü sığortalamaq üçün qadın həkim tərəfindən təyin olunmuş xüsusi virusəleyhinə və immun sistemini stimullaşdıran preparatları qəbul etməlidir. Bu qrup preparatların bir çox hissəsi hamiləlik zamanı istifadə oluna bilər və hamiləliyə və dölün inkişafına heç bir mənfi təsir etmir. Lakin hətta infeksiya ciftdən dölə düşə bilmədikdə, ananın xəstəliyi dölə mənfi təsir edir. Hamilə qadının sağlamlığında baş verən istənilən pozulma onun qan dövranına, sinir sisteminin, böyrəklərin, qara ciyərin, ürəyin fəaliyyətinə təsir edir. Nəticədə isə döl ona lazım olan qidalı maddələri və oksigeni lazım olan miqdarlarda almır. Oksigenin çatışmazlığı nəticəsində döldə hipoksiya inkişaf edə bilər, qidalı maddələrin defisiti isə dölün inkişafına mənfi təsir edir. Beləliklə, yalnız sağlam ana orqanizmi uşağın tam normal inkişafını təmin edə bilər. Bu səbəbdən qadın hamiləlik zamanı heç bir ona lazım olan müalicədən və dərmanlardan imtina etməməlidir. Bəzi qadınlar onların orqanizmlərində olan xroniki pozulmalara görə həyatın sonuna kimi müəyyən dərman prepartaları qəbul etməli olurlar (qalxanvəzi vəzi xəstəlikləri, şəkərli diabet, ürək-damar xəstəlikləri və s.). Belə qadın mütləq hamiləliyi planlaşdırmalıdır, hamiləlikdən əvvəl müəyyən analizlərdən və müayinələrdən keçməlidir və lazım olduqda müalicə almalıdır. Hamiləlik zamanı onlar əksər hallarda hamiləlikdən əvvəl qəbul etdiyi dərmanların qəbulunu davam etməli olurlar (bəzi hallarda dərmanın dozası dəyişilir, bəzi hallarda bir dərman digəri ilə əvəz oluna bilər və s.). Məsələn, hipotireoz kimi pozulması olan qadın hamiləlik zamanı qalxanvari vəzi hormonlarının qəbulunu davam etməlidir. Əks halda onun özünün və dölün inkişafında ciddi pozulmalar yarana bilər. Hipertoniyadan əziyyət çəkən qadınlar da hamiləliyin ilk simptomlarında mütləq müalicə həkiminə müraciət etməlidir. Bu halda da həkim adi vaxtlarda qəbul etdiyi preparatın qəbuluna icazə verə bilər və ya lazım olduqda bu preparatı digəri ilə əvəz edə bilər. Xroniki xəstəlikləri olan hamilə qadınlar həkimin məsləhəti olmadan adi vaxtlarda qəbul etdiyi dərmanlardan imtina etməməli, onların dozasını azaltmamalı və ya artırmamalıdırlar. Bu onların və gələcək uşaqların səhhəti üçün çox təhlükəli ola bilər. Hamillik zamanı qadının immun sistemi zəifləyir. Bu normal fizioloji prosesdir. Bunun nəticəsində isə qadın daha tez-tez müxtəlif soyuqdəymə xəstəliklərinə tutulur. Bu xəstəliklərin bir çox hissəsi bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Hamiləlik zamanı hərarətin yüksəlməsi təhlükəli ola bilər. Hərarətin yüksəlməsi dölün qan dövranına mənfi təsir edir, uşaqlığın tonusu artır, dölyanı suların həcmi azala bilər, döldə hipoksiya inkişaf edə bilər. Bu səbəbdən hamilə qadında hərarət 37,5 C çatdıqda, onu mütləq salmaq lazımdır. İlk növbədə xalq təbabəti üsullarında istifadə etmək olar (çay moruq mürəbbəsi ilə, limonla, itburnu dəmləməsi, bol maye və s.). Bu üsullar kömək etmədikdə və hərarət daha da yüksəldikdə dərmanlardan istifadə etmək lazımdır.Adətən hamilə qadınlara tərkibində parasetamol olan hərarət salan preparatları təyin edirlər. Lakin hər halda bu və ya digər dərmanın qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşin! Hamilə qadınların ən “qorxduğu” dərmanlardan biri antibiotiklərdir. Belə hesab olunur ki, bu preparatlar dölün inkişafını pozur. Lakin bu heç də belə deyil. Antibiotiklərin əksəriyyəti dölə heç bir mənfi təsir etmir. Yalnız hentamisin, tetrasiklin və eritromisin kimi antibiotiklər döl üçün ziyanlı sayılır və hamiləlik zamanı təyin olunmur. Digər antibakterial preparatlar təhlükəsiz sayılır. Bir çox hallarda hamiləliyin 1-ci üçaylığında həkimlər antibiotikləri təyin etmir. Lakin buna çox ciddi səbəblər olduğu halda, antibiotiklər hətta 1-ci üçaylığında hamilə qadınlara təyin oluna bilər. Hamləlik zamanı qadınların əksəriyyətinə müxtəlif vitamin-mineral komplekslər təyin olunur. Bəzi qadınlar bu kompleksləri qəbul etmir, onlar fikirləşir ki, bütün lazım olan vitamin və mineralları qidadan almaq mümkündür. Lakin bu heç də belə deyil. Məsələ burasındadır ki, hamiləlik zamanı vitamin və minerallara olan təlabat olduqca artır və hətta ən sağlam və xeyirli qidalanma bu təlabatı ödəyə bilmir. Məsələn, hamiləlik zamanı ən vacib olan vitaminlərdən biri fol turşusudur. Lakin bu vitamin çox az məhsullarda və çox cüzi miqdarlarda olur ki, nəticədə bu vitamini lazım olan miqdarda qidadan almaq, praktiki olaraq, mümkün deyil. Bu kalsium və dəmir kimi vacib mikroelementlərə də aiddir. Digər tərəfdən insanların bir çox hissəsində bu və ya digər mədə-bağırsaq pozulmaları mövcuddur. Bu isə qəbul olunan qidadan vitamin və mikroelementlərin mənimsənilməsini çətinləşdirir. Beləliklə, həkim tərəfindən təyin olunmuş yaxşı vitamin-mineral kompleksi hamilə qadına yalnız xeyir gətirə bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 5153
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN