SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlik həftə-həftə 1-4-cü həftələr

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlik həftə-həftə 1-4-cü həftələr
1-Yumurtalıqda follikulun formalaşması 2 - ovulyasiya , yumurtanın yetişməsi 3 - Sperma ilə mayalanma 4 - Bölünmə , Blastosit 5 - Endometriyuma yerləşmə, implantasiya və nidasyon Son aybaşının ilk günü yumurtalıqdan bir yumurta hüceyrəsi inkişaf üçün seçilir. Qadınlıq hormonlarının nizamlı artımı ilə yumurtalıq oyanır və yumurta artmağa başlayır. Üstəlik, endometriyum ( uşaqlıq içi divar ) qalınlaşaraq mayalanacaq yumurtanın yerləşməsi üçün hazırlaşır . Aybaşıdan sonraki- təxminən 14 -cü gündə olmaqla atılan yumurta hüceyrəsi borular tərəfindən tutulmaqdadır. Cinsi əlaqə ilə borularaa çatan sperma tərəfindən mayalanan yumurta B - hCG olaraq adlandırılan hamiləlik hormonu ifrazına başlayır . Bir müddət sonra artacaq olan bu hormon sidikdə və ya qanda özünü göstərəcək kı, hamiləlik onlar vasitəsilə müəyyən olunacaq. Mayalanan yumurta kürələrə bölünərək 7-10 günlük bir "səfər”dən sonra uşaqlığa düşəcək . Bölünən mayalanmış yumurtaya "blastosist” adı verilir , təbəqələr meydana gəlirş İşəri təbəqədən plasenta , xaricdən isə embirion əmələ gəlir. Dölyanı mayeni və embirionu içində saxlayacaq dölyanı kisə əmələ gəlir. Bu zaman uşaqlıq boynu yumşalır və qalınlaşan mukus infeksiyala ra qarşı uşaqlı boyunda bir baryer əmələ gətirir. Implantasiya ( yerləşmə ) əsnasında bəzi qadınlarda 1-2 damla qanama və qasıqda ağrılar olur. Bunlara əhəmiyyət verməyin. Uşaq Mayalanmış yumurta sürətlə bölünərək hüceyrələrin çoxalmasına gətirib çıxarır. Uşaqlığa yerləşən blastosist adını alan bu hüceyrələrin ümumi ölçüsü 0.1 mm- dir. Bu zaman uşağım cinsiyyəti və diger genetik quruluşu təmamilə təyin olunub (DNT). İnsanda 46 xromosom var. Cinsiyyət xromosomu XX isə qız , XY isə uşağın cinsiyyəti oğlan olur.. Yumurta hüceyrəsi X xromosumu daşıyan sperma ilə mayalandıqda, qız, Y xromosomu daşıyan sperma ilə mayalandıqda isə doğulacaq uşaq oğlan olur. 3. Sinir sistemi və duyğu orqanlarının "qovluqlar”ı inkışafa başlayır. Bu zaman uşağınızı hiss edə biləcəyinizi bilirdiniz? 4. Ürək və primitiv olan ilk qan- dövranı sistemi sürətlə inkişaf etməyə başlayır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 13584
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN