loading...

Qəhvəni sevmək üçün 5 səbəb

whatsappda paylaş Whatsapp-la göndər
Qəhvəni sevmək üçün 5 səbəb
Qəhvə aludəsi olan biri kimi qəhvəsiz bir həyat düşünə bilmirəm. Dərs hazırlayarkən, oyaq qalarkən, başım ağrıdığında ilk əvvəl etdiyim tək şey qəhvə hazırlamaq olur. Qəhvəmi alıb kitabı oxumağa başladığım zaman elə bil kitabdan daha çox dad alıram. Qəhvənin vərdiş halına keçməsi doğrudur, ancaq qəhvə içmək, istəmək bir az bizim kefimizə düşkün olduğumuzu göstərir. Mənim kimilər bir yana, hələ də qəhvə içməyən, çayı qəhvədən üstün tutanlar var. Həddən çox olmamaqla hər kəsin bir miqdar qəhvə içməsi şərtdir. Qəhvəni sevmək üçün səbəblər daha çoxdur. 1- Tənhalığı sevər Tənha qaldığınız zamanlarda, əhvalınız pis olanda bir fincan isti qəhvə sizə çox gözəl bir yoldaş ola bilər. Xüsusilə payız və qış aylarında qəhvənizi götürüb bir kənara çəkilməyi sınayın. Xoş bir musiqi və ya kitabı da yoldaşlığınıza qatın. Hələ bir də yağış yağırsa, hüzura yaxınlaşmısınız. 2- Baş ağrısı Əgər bəlli bir səviyyədə aludəçiliyiniz varsa, başınız ağrıdığında bir fincan qəhvə bu ağrıların sakitləşməsinə kömək edəcəkdir. Ağrı kəsicilər ilə qarışdırıldığında 50% nisbətində daha təsirli olur. 3- Zehin açıqlığı Qəhvə diqqəti cəmləmək üçün də olduqca təsirlidir. Bir çox insan dərs hazırlayarkən, işləyərkən, oyaq qalarkən qəhvənin gümrah saxlama xüsusiyyətindən faydalanır. Bu səbəbdən uşaqlara da süt ilə qarışdırıb verilməsində fayda vardır. 4 -Dəri və qaraciyər Sellülitlərə yaxşı təsir etdiyi bilinən qaraciyər ağrılarınıda nisbətən azaldır. 5-Bəhanə Sevdiyiniz insanlarla görüşmək, danışmaq üçün gözəl bir bəhanədir. Bir qəhvə içməyə dəvət edtiyiniz insan bəzən sizin həyatınızdakı ən dəyərli insan ola bilər. Və qəhvə bu görüşmələr üçün ən ideal bəhanədir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 746
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN