SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kimyəvi təmizlik vasitələri təhlükə saçır

whatsappda paylaş Whatsapp-la göndər
Kimyəvi təmizlik vasitələri təhlükə saçır
Demək olar ki, təmizlik etməyən qadın yoxdur. Hər gün, günaşırı bütün qadınlar təmizləyici vasitələrdən istifadə edir. Bəs görəsən, bu kimyəvi məhsulların sağlamlığa nə kimi zərərləri var? Təmizliklə gələn təhlükə. Yuyucu tozlar, məhlullar və digər vasitələr. Hamısı kimyəvi tərkiblidir. Təmizlik üçün qaçılmaz olsa da düzgün istifadə olunmaması ağır fəsadlara səbəb ola bilər. Kimi mətbəx və hamam otaqlarının təmizliyində kimisi isə geyim və digər əşyaların təmizlənməsi zamanı kimyəvi tərkibli vasitələrlə təmasda olur. Araşdırmalar göstərib ki, qadınları 40 faizi hər gün, 30 faizi həftədə ən az 2 dəfə, qalanları isə heç olmasa bir dəfə bu cür kimyəvi tərkibli vasitələrdən istifadə edir. Bu kimyəvi maddələr mikrobları təmizləsə də, bir sıra dəri xəstəliklərinə hətta dəri xərçənginə, nəfəslə sorulduğu zaman ağciyər xəstəliklərinə, allergiya və iltihablı yaralara səbəb ola bilər. Kimyəvi yuyucu vasitələrin yaydığı xoşagələn qoxuya da aldanmaq olmaz. Onun tərkibi kimyəvi buxarlardır ki hər nə qədər təravətli hissi versə də əslində kimyəvi qarışıqların kəskin qoxusunu zərərsizləşdirməyə xidmət edir. Həkimlər isə bu maddələrin zərərini minimuma endirmək üçün həm keyfiyyətinə diqqət etməyi, həm də birbaşa təmasdan qaçmağı məsləhət görürlər. - See more at: http://joy.az/saqlamliq/114766-kimyevi-temizlik-vasiteleri-tehluke-sacir.html#sthash.vbtftLjQ.dpuf
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1856
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN