Uşaqların beyin inkişafını dəstəkləyən 8 qida

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqların beyin inkişafını dəstəkləyən 8 qida
Uşaqların qida rasionunda beyin inkişafını dəstəkləyən qidaların olması çox önəmlidir. Övladını daha sağlam yetişdirmək istəyən valideynlər üçün beyin inkişafını dəstəkləyən 8 qidanı təqdim edirik: Yumurta Yumurta kimi yüksək protein ehtiva edən qidalar uşaqların diqqətini gücləndirir, zehnini açır. Qatıq Yağ beyin sağlamlığı üçün çox əhəmiyyətli qidadır. Yağı, yağlı qatıqdan aldıqda isə onun təsiri daha da güclənir. Qatığın içərisinə bir neçə parça tünd şokolad əlavə etsəniz, beyinə gedən qan axınını artıra bilərsiniz. Bu isə uşağın zehninin güclənməsinə səbəb olar. Yaşıl yarpaqlı bitkilər Əsl vitamin anbarı olan ispanaq, kələm uşağınızın daha sağlam olmasını təmin edirlər. Yumurtalı ispanaq və kələm salatı yeni beyin hüceyrələrinin böyüməsinə yaxşı təsir edir. Balıq Yağlı balıq D vitamini qaynağıdır. Uşağınızın zehni inkişafını dəstəkləyir və yaddaşının güclənməsinə kömək edir. Xüsusilə də, somon, ton, sardina kimi balıq növləri bol miqdarda Omeqa-3 ehtiva edir. Ət Süni maddə, boya və dadlandırıcı ehtiva etməyən ət yemək lazımdır. Yəni, kolbasa, sosis kimi qidalardan uzaq durmalısınız. Çərəzlər Zülal, yağ turşuları, vitamin və minerallar ilə dolu fındıq və digər çərəzlər uşağınızın sinir sistemini gücləndirməyə kömək edir. Yulaf Zülal və lif baxımından zəngin olan yulaf ürək və beyin damarlarının sağlamlığını qoruyur. Tədqiqatlar qida rasionunda yulaf olan uşaqların yaddaşının daha güclü olduğunu ortaya çıxarıb. Darçın Uşaqların qidalarını şəkər tozu əvəzinə darçınla dadlandırın. Unutmaytın ki, ədviyyatlar beyin hüceyrələrini qorumaq vəzifəsini yerinə yetirirlər. Alma və gavalı Uşağınız özünü halsız hiss edir və şirin qidalar yemək istəyirsə, ona alma və alça verin. Almadan piroqlar, kekslər bişirə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2117
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN