SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamilələr üçün! Ağrı və allergiyanın təbii həlli

whatsappda paylaş Whatsapp-la göndər
Hamilələr üçün! Ağrı və allergiyanın təbii həlli
Dərman qəbulunun problemli olduğu hamiləlik müddətində təbii və praktik yollarla şikayətlərinizi azalda bilərsiz. Hamiləlikdə sıx qarşılanan fərqli ağrılar və allergiyalar üçün gücünü təbiətdən alan şəfalı tövsiyələrlə bu problemləri həll etmək olar. Hamiləlikdə baş ağrısının hormonal dəyişiliklər, stress, narahtçılıq və yuxusuzluq səbəbi ilə ortaya çıxdığı deyilir. Baş ağrısının qarşısını almaq üçün stressdən uzaq durmaq, şokolad, kolalı içkilər, şərab, pendir yeməmək, açıq havada müntəzəm idman etmək, gəvşəmək, hamiləlik yoqası etmək, dincəlmək, aclıq hiss etməmək üçün arada sağlığa faydalı atışdırmalar yemək, bol su içmək, olduğun ortamı havalandırmaq, hər gün ən az yarım saat açıq havada vaxt keçirmək, kompüterlə az oynamaq, kitab az oxumaq, dik oturmaq, fasilələrlə qalxıb gəzmək lazımdır. Rahatlıq verən cökə, çobanyastığı, lavanda çayları müəyyən ölçülərdə içilməlidir. Bunlar stresslə bağlı olan baş ağrıları üçün faydalı olsa da, gündə 2-3 stəkandan çox içilməməsi məsləhət görülür. Hamiləlikdə diş ağrılarını daha çox kalsium itkisiylə bağlayırlar. Ancaq tam olaraq səbəb bu deyil. Hamiləlik zamanı hormonların artması ilə diş plaklarındakı yoğunluğun artması diş ağrılarına səbəb olur. Ağız sağlığı üçün qərənfil, sirkəli su, duzlu qarqara, zərdəçal faydalıdır. Quru qərənfili diş üzərinə qoyun. Bu, ağrını keyidir. Sirkəli, duzlu su qarqarası ağrıları azaldır. 1 stəkan suya 1-2 çay qaşığı duz tökərək ağzınızı çalxalayın. Zərdəçalı su ilə qarışdırıb xəmir halına gətirin və ağrayan dişin üzərinə qoyun. Hamiləlik zamanı otaya çıxan allergik problemlər dəridə qızartı, qabarma, qaşıntı, burun axıntısı, tıxanıqlıq, ağciyərlərdə nəfəs darlığı kimi əlamətlərlə biruzə verir. 1 stəkan ilıq suyun içinə 1 çay qaşığı alma sirkəsini qatıb yaxşıca qarışdırdıqdan sonra gündə 3 dəfə 3 gün boyunca için. Gicitkən otunu da allergiyaya qarşı istifadə edə bilərsiz. Ancaq çayını gündə 2 stəkandan çox içməyin. 1 stəkan suyun içinə 1 çay qaşığı duz qatıb burnunuza çəkərək burun tıxanıqlığını yox edə bilərsiz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2282
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN