SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bu tərəvəzlər immuniteti gücləndirir

whatsappda paylaş Whatsapp-la göndər
Bu tərəvəzlər immuniteti gücləndirir
İmmunitetin zəiflədiyi qış aylarında immun sistemini gücləndirmək üçün sağlam qidalanmaq lazımdır. Vitaminlə bol olan qış tərəvəzləri xəstəlikdən qorunmaq üçün uyğun bişirilmə şərtlərində hazırlanmalı və doğru miqdarda istifadə edilməlidir. Bunlardan bol-bol istifadə edin. C vitamini vücuddan zərərli maddələrin çıxarmaqla vücudun müqavimət sistemini gücləndirir. Yaşıl bibər, cəfəri, vəzəri, gül kələmi, ispanaq, itburnu kimi qidalarda bol miqdarda C vitamini vardır. İspanaq tərkibində olan C, E və B qrupu vitaminlər və dəmir, maqnezium, fosfor, yod mineralları sayəsində immun sistemini gücləndirər və soyuqdəymələrin qarşısını alar. Qışlıq tərələrdən olan kəvərin tərkibinə C, K, B vitaminlərini, kalium, kalsium, maqnezium, kükürd, mis, yod mineralları daxildir. Eyni zamanda bədənin müqavimətini artıran kəvər böyrək daşlarının əmələ gəlməsinə mane olar və xərçəngdən qoruma xüsusiyyətinə sahibdir. Cəfəri bir provitamin A (beta karotin) mənbəyidir. Bu xüsusiyyətilə görmə gücü, kapilyar damarları, böyrəküstü vəzlərin və qalxanabənzər vəzlərin funksiyaları üzərində təsirlidir. Yarpaqlarında uçucu yağlar, flavonoid, protein, xlorofil və qlükozit, köklərində uçucu yağ, şəkər və qlükozit vardır. Yarpaqları vitamin (A, C, K), dəmir, kalium, kükürd, kaslium, manqan baxımdan zəngindir. Bir miqdar cəfəri günlük C vitamini ehtiyacının çoxunu qarşılayır. Kərəviz yüksək təzyiqi nizamlayır. A, B, C vitaminlərilə zənginolan, dəmir, sink, mis, selenium tərkibli kərəviz immuniteti qüvvətləndirir. Böyrək daşlarının düşməsinə yardımçı olur. Antioksidan təsirlidir, qandakı stress hormonlarını azaltmaq təsirilə yüksək təzyiqi və xolestrolu nizamlayır. Kələm də orqanizmin müqavimətini artırır. Tərkibi B, C, E vitaminləri və kalium, kalsium, kükürd, dəmir, mis, maqnezium kimi minerallarla zəngindir. Qəbzlik zamanı da təsirlidir. Antioksidan tərkibli olduğuna görə bağırsaq xərçənginin yaranmasını əngəlləyir. Gül kələmi infeksiyalardan qoruyur. C vitamini və maqnezium mənbəyi olan gül kələmi antioksidan tərkiblidir. Xərçəng və ürək xəstəliyinə tutulma riskini azaldır. Gül kələm anti-bakterial və infeksiyalara qarşı təsirli olduğu üçün sidik yolu infeksiyalarına da təsiri çoxdur. Brokkoli xərçəngə qarşı qoruyur. Beta karotin tərkibi yüksək olduğundan yemək borusu, mədə və bağırsaq xərçəngi təhlükəsini azaltma xüsusiyyətinə malikdir. B1, C vitaminlərilə zəngindir. Tərkibinə kalium, kalsium, kükürd, selenium minirelları da daxildir. Brokkolinin lif nisbəti yüksəkdir, xərçəngin qarşısını alır. Tərəvəz yeməklərinə dad verən sarımsaq sağlam qidalanmada olduqca əhəmiyyətlidir. Sarımsağın tərkibində bol miqdarda su, kükürd birləşmələri, protein, lif və sərbəst amin turşusu vardır. Sarımsağın tərkibinə yüksək miqdarda saponin, fosfor, kalium, sink, kükürd orta miqdarda selenium, A və C vitaminləri ilə az miqdarda da kalsium, maqnezium, natrium, dəmir, manqan və B vitaminləri daxildir. Sarımsağın ən əsas biokimyəvi xüsusiyyətindən biri antioksidan təsirli olmağındadır. Sarımsaq xərçəngə qarşı çox faydalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 3844
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN