loading...

Quşüzümünün faydası

whatsappda paylaş Whatsapp-la göndər
Quşüzümünün faydası
Dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi xassələrə malikdir. Quş üzümünü payızın son aylarında toplayırlar. O, bataqlıq, rütubətli yerlərdə artır və onu tez-tez yığmaq mümkünsüzdür. Hələ qədim zamanlarda insanlar başa düşdülər ki, quş üzümü çox faydalı xassələrə malikdir. Bundan başqa o tamamilə sadə giləmeyvədir və onu asanlıqla bataqlıq yerlərdə yetişdirmək olar. On doqquzuncu əsrdən başlayaraq Skandinaviya ölkələrində, Polşa, Kanada, Belarusda böyük quş üzümü plantasiyaları yaranıb. Faydalı xassələrinin arasında C vitamininin yüksək miqdarı qeyd olunur. Tərkibində B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da tərkibində yetərincədir. Quşüzümünün müalicəvi xassələri Tərkibindəki bioloji aktiv maddələrə görə heç bir giləmeyvə quş üzümü ilə müqayisə oluna bilməz, yalnız qara qarağat ola bilər. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir. Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib. Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir. Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir. Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır. Maraqlıdır ki, quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır. Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır. Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır. Quşüzümünü qışın əvvəllərində, payızın sonunda istifadə etmək olar. Onu uzun müddət saxlamaq olar və bu qiymətli giləmeyvə ilin ən soyuq zamanı zəruri minerallarla və vitaminlərlə orqanizmi zənginləşdirməyə qadirdir. Quşüzümü uşaqlara çox faydalıdır. O, immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox faydalıdır. Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu azaldır, bu zaman fəallıq və işgüzarlıq artır. Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə edilir. Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir. O, mədəaltı vəzin funksiyasını stimullaşdırır. Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum olmuşdur. Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə onun gənclik giləmeyvəsi adlandırırdılar. Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz vasitədir. Qarın və mədə şirəsinin yüksək turşuluğunda, yüksək dərəcəli qastritdə, mədə sistemi ilə yanaşı iltihablarda istifadə etməyə dəyməz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 2023
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN