20 yaşadək normal çəki saxlaya bilərsiz

whatsappda paylaş Whatsapp-la göndər
20 yaşadək normal çəki saxlaya bilərsiz
Artıq çəki problemi dünya əhalisinin əksəriyyətini düşündürür. Alimlər ona qarşı ən effektli mübarizə metodları axtarıb tapmağa çalışırlar. Lakin hələ də arıqlamaq üçün ən ideal vasitə tapılmayıb. Bununla belə, sözügedən istiqamətdə araşdırmalar davam edir. Son araşdırmalar zamanı məlum olub ki, əgər kişi 20 yaşınadək özünü normal çəkidə saxlayırsa, sonradan onun gonbullaşması ehtimalı çox azdır. Ən qəribəsi odur ki son təcrübələr artıq çəkinin insan ömrünə təsirini də üzə çıxarıb. Nəticələr isə o qədər də ürəkaçan deyil. Rusiya mətbuatı xəbər verir ki, 20 yaş ərəfəsində piylənmədən əziyyət çəkən insanlar digərləri ilə müqayisədə təxminən 8 il tez ölür. Danimarka alimlərinin 5000 kişi arasında apardıqları araşdırma göstərib ki, istənilən yaşda piylənmədən əziyyət çəkən insanın tez ölmə risqi 2 dəfə artıqdır. Ona görə də alimlər erkən yaşlarından uşaqların piylənməsinə imkan verməməyə, yetkinlik dövrünə kimi onların normal çəkidə qalmasına güclü nəzarətin olmasını məsləhət görürlər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1680
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN