loading...

İnkişafdan qalmış hamiləlik

whatsappda paylaş Whatsapp-la göndər
İnkişafdan qalmış hamiləlik
Bu hamilə qadın üçün ən qorxunc diaqnozlardan biridir. Bir çox qadınlar inkişafdan qalmış hamiləlikdən sonra depressiyaya düşərək, fikirləşir ki, sağlam uşaq dünyaya gətirə bilməzlər. Lakin bu tam səhv fikirdir. Statistikaya görə, 80-90% qadınlar inkişafdan qalmış hamiləlikdən sonra hamilə qalır və sağlam uşaq dünyaya gətirirlər. Həkimlərin fikirinə görə, hətta ən sağlam qadın inkişafdan qalmış hamiləlikdən sığortalanmayıb. Məsələ burasındadır ki, belə hamiləliyin əsas səbəblərindən biri döldə olan getetik patologiyadır. Tam sağlam qadında da belə “xəstə” döl inkişaf edə bilər. Nəticədə qadının orqanizmində müəyyən qoruyucu mexanizm işə düşür ki, belə döl qadın orqanizmi tərəfindən sanki “qəbul olunmur” və məhv edilir. Həkimlər inkişafdan qalmış hamiləlikdən yalnız 6 (bəzən 12) ay sonra növbəti hamiləliyin planlaşdırmağını tövsiyə edir. Bu müddət ərzində qadının orqanizmi istirahət etməlidir və bərpa olunmalıdır. Lazım olduqda qadına müalicə təyin oluna bilər. İnkişafdan qalmış hamiləlikdən sonra hər bir qadın (!) mütləq ginekoloqa müraciət etməli və bütün lazım olan müayinə və analizlərdən keçməlidir. Bunun nəticəsində bu halın səbəbi (və ya səbəbləri) aşkar olunacaq. Analizlər və müayinələr bunlardır: - dölün hüceyrələrinin sitogenetik və histoloji müayinəsi. Bu analizlərin nəticəsində döldə genetik patologiyanın olub-olmaması təyin edilir; - uşaqlıq yolundan yaxmanın analizi; - infeksiyalara görə analiz (xlamidioz, mikoplazmoz, ureaplazmoz, trixomoniaz, herpes, sitomeqalovirus və s.); - hormonal analiz (LH, FSH, prolaktin, estradiol, progesteron, testosteron, kortizol, qalxanvari vəzi hormonları və s.); - kiçik çanaq orqanlarının USM-i; - koaquloqramma (qanın laxtalanmasının analizi); - qanda fosfolipidlərə və xorionik honadotropinə qarşı anticisimlərin təyini; - bəzi hallarda (xüsusilə inkişafdan qalmış hamiləliyin halı bir neçə dəfə təkrar olunduqda) qadına və onun həyat yoldaşına genetik müayinə təyin oluna bilər. İnkişafdan qalmış hamiləliyin profilaktikası - sağlam həyat tərzi (sağlam qidalanma, idman, ziyanlı vərdişlərin olmaması və s.), - hamiləliyə hazırlıq (Bu haqda saytımızda olan “Hamiləliyə hazırlıq – çox vacib mərhələdir” məqaləsində oxuya bilərsiniz.) - hamiləliyin planlaşdırılması dövründə və hamiləliyin 1-ci üçaylığında fol turşusunun və E vitamininin qəbulu.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 7379
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN