SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 6-cı həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 6-cı həftəsi
6-cı həftə Ana: Düzgün həkim sizin sağlam hamiləlik həyatınızı təmin edir. Həkimlə çəkinmədən dialoq qurmalısınız. Bu həftədən sizin mədə bulanmalarınız və qoxulara qarşı həssaslığınız artır. Artan hamiləlik hormonları səbəbiylə bu şikayətlər sizi 12 -ci həftəyə qədər narahat edəcək . Səhərlər bu cür narahatlıqların tək təsəllisi odur ki, belə xanımlarda uşağın düşmə riski aşağı enir. Qasıq ağrılarının artması normaldır. Əgər qanaxma olmazsa. Bu həftədə hamilələr özünü tənha və yorğun hiss edir. Uşaq: Körpəniz sürətlə böyüyür. Boyu 3-5 mm oldu . Bir bibər uzunluğuna çatır. Embrion-rüşeyim 3 təbəqəyə bölünür.. Xarici laydan mərkəzi - periferik sinir sistemi , dəri , saçlar və dırnaq inkişafı meydana gəlir. Orta laydan əzələlər , qığırdaq , damarlar , dalaq və böyrəklər inkişaf edir. Daxili laydan isə qaraciyər , sidik torbası və ağciyərlər inkişaf etməkdədir. Əl və ayaqlar sürətlə inkişaf edir. Sonralar siz onun təpiklərini hiss edəcəksiniz. Gözlərin formalaşması başlayır , göz l tamamlanır. Qulaqların və burun dəliklərinin yaranması isə hələ yeni başlayır. Beyin 3 fərqli hissədən formalaşır. Ön beyindən yaddaş və qəbul etmə , orta beyindən orqanlara mesaj ötürülməsi, arxa beyindən nizamlı nəfəs alışı və əzələ idarəsinin təmin edilməsi təmin olunur. Önümüzdəki həftələrdə körpənin beynində 100 milyondan çox neyronun inkişaf edəcəyini bilirsinizmi ? Qəribədir amma bağırsaqlar körpənin xaricində , göbəkciyəsinin içində meydana gəlməyə başlayar . Önümüzdəki həftələrdə o qarın boşluğuna doğru yer dəyişdirəcək. İnsulini təmin edəcək vəz, böyrək və qaraciyər sürətlə böyüyür. Plasenta inkişaf etməkdədir. Uşaqda ürək döyüntüsü və qan dövranı başlamışdır. Uşağin anatomik inkişaf mərhələsi başlamış olur. Artıq ultrasəs müayinəsi dölü göstərir. Qan müayinəsində isə hamiləlik hormonu hCG hamiləlik barədə dəqiq məlumat verir. Qanda artan bu hormon sidikdə də özünü biruzə verir. Bu hormon sağlam hamiləlikdə hər gün bir dəfə artmalıdır. Artım bu cür olmasa hamiləlikdə problem var. İki nəfərlik qidalanma: Stres nəticəsində mədə bulantıları və baş ağrıları arta bilər. Buna görə stressdən qaçmaq lazımdır. Səhər mədəniz bulanmasın deyə B6 vitamini ilə zəngin qatıq yeməniz tövsiyyə olunur. Gündəlik olaraq sizing orqanizminiz 50 mq B6 vitamini almalıdır. Səəhər yeməyində kərə yağı azaldılmalı, meyvə çirəsi içilməlidir.Bulantılara görə duzlu kraker-peçenyelər yeyə bilərsiz. Zəncəfillli çay da sizing köməyinizə gələ bilər.Ən mühüm olanı isə tez-tez lakin az miqdarda yeməlisiniz. Çantanızda mədə bulantılarına görə, kraker, zəncəfil və ya banan olmalıdır. Bunlar olmadıqda isə konfetlə kifayətlənə bilərsiz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 3873
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN