loading...

Hamiləliyin 9-cu həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 9-cu həftəsi
9-cu həftə Ana: Sağlam hamiləlik üçün ananın normal qidalanması çox vacibdir. Hamiləlik zamanı günlük kalori 250 kal artırılmalıdır. Artıq alınan hər bi kalori körpənizin sağlam inkişafı üçün vacibdir. Bəzi qadınlarda bu həftələrdə 1-2 damcı qanaxma ola bilər. Bu zaman qanaxma barədə həkimə məlumat verməli və uzidə müayinə olunmalısınız. Bu həftələrdə ultrasəs müayinəsiylə döl xaricində baş verən hamiləlik də müəyyən oluna bilər. Döl xaricində hamiləlik yumurtanın borulara yerləşməsi ilə bağlı olur. Bu zaman qarın daxilində şiddətli qanaxmalar başlaya bilər. Bu həftə sizi narahat edəcək bəzi şikayətlər; Səhərlər mədə bulantıları, Halsızlıq, Qəbizlik, Döşlərdə həssaslıq, döş uclarında rəngin tündləşməsi, Sidiyə tez-tez çıxmaq, Baş ağrısı, Mədədə qıcqırma hissi, Əsəbilik və səbəbsiz ağlama. Uşaq : Körpənizin uzunluğu 20-28 mm, ağırlığı 2qramdır. Körpə hərəkət etsə də, bunu siz hiss etməyəcəksiz. Bunun üçün 2 ay gözləməlisiniz. Əsas orqanlar , əzələ sistemi və sinir sistemi artıq mövcuddur. Əllərini və ayaqlarını artıq yığa bilir. Körpə əllərini bədənində və üzündə gəzdirə bilir. Barmaqları artıq rahatlıqla hiss olunur. Qulaqlarıda getdikcə bilinir. Göz qapaqlarının inkişafı və döş qəfəsi güclənməyə başlayır. Daxili cinsiyyət üzvləri inkişaf etsə də, körpənin cinsiyyətini hələ ki aydınlaşdırmaq mümkün deyil. Həftənin məlumatı: Hamilələrin ilk hər 10-dan 2-də ilklk üç ayda depresiya müşahidə oluna bilər. Bu arzuolunmaz və gözlənilməyən hamiləliklər zamanı və atanın ana ilə maraqlanmaması zamanı baş verir. Hamilələr bu zaman içinə qapanıq, neqativ düşüncəli olur. Onlar yuxusuzluq və iştəhasızlıqdan əziyyət çəkirlər. Dostlarla görüşməkdən çəkinirlər. Bəziləri hamiləliyi və uşağı rədd edər. Bunu aradan qaldırmaq üçün normal yatmaq, hər gün çimmək, şokolad və qəhvədən uzaq olmaq lazımdır. Üzmək və aşıq havada gəzmək də faydalıdır. Uşağı olan analarla görüşmək və gələcək körpəyə qulluq qaydalarını onlardan öyrənməyin də faydası var. Ən önəmlisi isə ailə və yoldaşın hamiləyə dəstəyi olduqca vacibdir. İki nəfərlik qidalanma : Səhər mədə bulantılarını azaltmaqda sizə moruqlu çay kömək edəcək. Lakin ondan da çox istifadə etmək olmaz. Bu çay uşaqlıqda yığılmalara səbəb ola bilər. Erkən döğuş və düşmə təhlükəsi olan hamilələrə bu çay tövsiyyə olunmur. 200 ml isti suya 2 çay qaşığı moruq əlavə edib, isti-isti gündə 1 dəfə içilməlidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2705
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN