SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləliyin 11-ci həftəsi

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləliyin 11-ci həftəsi
11-ci həftə Ana: Bu həftə anada bəzi şikayətlər meydana çıxacaq ki, bu doğuşa qədər davam edəcək. Ayaqlarda qıcolma hissi yaranacaq. Bu zaman ayaqları yuxarı qaldırıb, barmaqları gərgin vəziyyətdə saxlamaq lazımdır. Onları isti dəsmalla masaj eləmək də olar. Zülallarla zəngin banan, şaftalı və ərik ayaqlardakı qıcolmaları azaldacaq. Bel ağrıları üçün belin altına bir yastıq qoymaqla oturmaq olar. Bel ağrılarını nəzərə alaraq, dikdaban ayaqqabılardan uzaq durun. Hormonal dəyişiklik baş ağrılarının intensivləşməsinə səbəb ola bilər. Baş ağrılarını aradan qaldırmaq üçün vaxtı-vaxtında qidalanmaq, yatmaq və stresdən uzaq olmaq vacibdir. Tərkibində asit aminofen ( parasentamol) olan dərmanlardan inamla istifadə etmək olar . Bütün hamiləlik boyu sizdən horminal dəyişikliklərin sübutu olaraq şəffav və ya ağ rəngli hormonal axıntılar olacaq. Bu axıntıdan qoxu, qaşıntı və ya axıntının rənginin dəyişməsi müşahidə olunsa, həkimə müraciət edin. Bu infeksiya ola bilər. Mədə bulantıları, qıcqırma, qəbizlik və döşlərdə həssaslıq , əsəb pozğunluğu da davam edə bilər. Uşaq: Körpənin uzunluğu 50 mm, çəkisi isə 8 qr olur. Bütün orqanları var və qismən fəaliyyətə başlayıblar. Körpəniz sürətli böyümə mərhələsinə keçib. Onun cinsiyyətinin bilinməsi üçün hələ bir qədər də gözləməlisiniz. Körpənin barmaqları arasında arakəsmə yox olur və barmaqlar ayrılır. Saç və dırnaqlar inkişafa başlayır. Qarındaxili əzələlərin yığılması başlayır. Böyrəklərin işə başlaması ilə amnios mayesi artıq dövr etməyə başlayır. Qaraciyər , bağırsaqlar , beyin və ağciyərlər öz funksiyalarını yerinə yetirməyə başladı . Bağırsaqlar qarın boşluğuna doğru sürətlə irəliləməyə davam etməkdədirlər Həftənin məlumatı: Servikal çatışmazlıq və ya uşaqlıq ağzı çatışmazlığı kimi səbəblərinin aradan qaldırılması bu həftədən mümükündür. Bu zaman uşaqlığın ağzı torba şəklindı tikilir. Buna "serklaj” deyilir. Bu problemi olan xanımlarda 18-22 həftələrdə erkən doğum və ya düşüklər müşahidə olunur. İki nəfərlik qidalanma : Çəki artımı başladığı üçün şokolad, çipsi, fındıq kimi qidalardan kalori ala biləcəyinizə diqqət yetirin. Bu həftə siz gündəlik tələb olunan 300 -500 kalorini bir ədəd sobada bişən kartofdan və ya bir dilim keksdən ala bilərsiz. Çox çəki almaq doğuş zamanı və hamiləlikdə sizə çətinlik yarada bilər. Çokoladla eyni vaxtda süd içmək olmaz. Bu zaman südün tərkibindəki kalsiumun orqanizm tərəfindən sorulması çətinləşir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2886
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN